Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Sky İtalia" xəbər agentliyi: Lukaku "Çelsi" yə keçərsə, Milan "İnter"i Duvan Zapata və ya Xoakin Korrea (Joaquin Correa) ilə müqavilə bağlamağa çalışacaq. Belə olacağı halda, "Atalanta" Temmi Abrahamın (Tammy Abraham) transferi üzərində işləyəcək.
İdman jurnalisti Nikolo Skira: "Qalatasaray"ın yüksək maaş verə bilmədiyi Radamel Falkaoya (Radamel Falcao) Meksikadan "elçi" var. Adı açıqlanmayan klub ilə bu gün müzakirə aparılacaq.
"Atletic" xəbər qəzeti: "Tottenhem" Davinson Sançesi (Davison Sanchez) satıb əvəzində başqa bir mərkəz müdafiəçisi almaq istəyir. "Bolonya"dan Taxeiro Tomiyasunun (Takehiro Tomiyasu) avqust ayında Premyer Liqa klubuna qoşulacağı gözlənilir.
"Sport bild" xəbər portalı: "Bavariya" Robert Levandovski (Robert Levandowski) və Leon Qoretska (Leon Goretzka) ilə yeni uzunmüddətli müqavilə imzalamağı planlaşdırır.
İdman jurnalisti Fabritsio Romano: "Atalanta"nın argentinalı müdafiəçisi Kristian Romero (Christian Romero) "Tottenhem"ə qoşulmaq üçün 24 saat ərzində İngiltərəyə uçacaq.
"Liverpul" klubunun rəsmi saytı: Fabinyo (Fabinho) "Liverpul" la müqaviləsini 2026-cı ilin iyun ayına qədər uzadıb.
Baş tutmuş transfer xəbərləri:
Coşua Zirkse (Joshua Zirksee) (20 yaşlı niderlandlı hücumçu)
"Bavariya"dan (Almaniya) "Anderlext"ə (Belçika) keçidi baş tutub.
2021/22 mövsümünün sonuna qədər icarə əsasında olacaq futbolçu ötən mövsümün ikinci yarısını "Parmada" keçirib.
Salvatore Siriqu (Salvatore Sirigu) (34 yaşlı qapıçı)
"Torino"dan (İtaliya) "Cenoa"ya (İtaliya) transfer olunub.
Azad agent qismində keçən futbolçu ötən mövsüm 32 oyuna 62 qol buraxıb.
Emin Şəmsiyev