Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mixael Ballakın ailəsinəd ağır itki baş verib.
Fanat.Az "Daily Star"a istinadən xəbər verir ki, veteran futbolçunun oğlu Emilio Portuqaliyada qəza nəticəsində həlak olub.
Portuqaliya mediası faciənin Lissabonun cənubundakı Troya şəhərində - sabiq futbolçunun illər əvvəl aldığı evin yaxınlığında baş verdiyini yazır. 18 yaşlı gəncin gecə saat 2 radələrində qəzada öldüyü bildirilir.
Qeyd edək ki, Mixael Ballak Almaniya millisinin heyətində 98 oyuna çıxıb. O, ölkəsinin ən yaxşı oyunçularından biri kimi tanınır.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol