Portuqaliyalı ulduz Kriştianu Ronaldu (Cristiano Ronaldo) komandasının məşqinə 186 min avroluq avtomobili ilə gəlib.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu "Mançester Yunayted"in bazasına "Lamborcini Urus"la daxil olub.
İtaliya brendi olan avtomobil turbo V8 mühərrikinə sahibdir və dünyada ilk sürətli yolsuzluq avtomobili hesab olunur.
Xatırladaq ki, futbolçu həftəsonu "Nyukasl"a qarşı oyunda "Mançester Yunayted"in heyətində debüt edəcək.
Emin Şəmsiyev