"Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqibləri bu gün ölkə çempionatı oyununa çıxıblar.
Fanat.Az xəbər verir ki, gün Ağdam təmsilçisinin rəqibləri üçün uğursuz olub.
Belə ki, "Kayrat"la "Omoniya" məğlub olub, "Bazel" heç-heçə ilə kifayətlənib.
Görüşlərin nəticəsini təqdim edirik:
Qazaxıstan çempionatı
20-ci tur
12 sentyabr
17:00. "Ordabası" - "Kayrat" 2:1
Qollar: Diakate, 10. Kleşenko, 30. - Joze Kante, 74 (p).
İsveçrə Superliqası
6-cı tur
12 sentyabr
18:30. "Luqano" - "Bazel" 1:1
Qollar: Abubakar, 59. - Kabral, 29.
Kipr, A Divizyonu
1-ci tur
12 sentyabr
21:00. AEK - "Omoniya" 2:1
Qollar: İvan Trikovski, 55-p. Met Derbişir, 74. - Fotis Papulis, 81.
Xatırladaq ki, "Qarabağ" UEFA Konfrans Liqasında ilk oyununu sentyabrın 16-sı Bakı Olimpiya Stadionunda "Bazel"ə qarşı keçirəcək.