21:00 13.09.2021 2874

İdman dünyasının romantik cütlükləri - FOTOLAR

Peşəkar idmançının həyatı məşqlər və ard-arda gələn yarışlardan ibarətdir. Belə sıx cədvəldə romantikaya vaxt ayırmaq heç də asan deyil. Ancaq buna baxmayaraq bir çox idmançı karyerasında olduğu kimi şəxsi həyatında da uğur qazanaraq uzunmüddətli və xoşbəxt ailə həyatı qura bilib. 

Fanat.Az idman dünyasının tanınmış və nümunəvi cütlüklərini təqdim edir: 

Jerar Pike (futbolçu) və Şakira (müğənni)

"Barselona"nın ən yaxşı müdafiəçilərindən olan Pikeyə nəinki həmkarları, bütün dünyada kişiləri həsəd aparır. Çünki dünyaca məşhur və hər kəsin sevimlisi Şakira onun həyat yoldaşıdır. 

Cütlük DÇ-2010-un rəsmi mahnısı olan "Waka Waka"nın (This Time for Africa) klip çəkilişi zamanı tanış olublar. 2011-ci ildə isə sevgili olduqları mediada açıqlanıb. Onların 2013-cü ildə Milan, 2015-ci ildə isə Saşa adlı iki oğul övladı dünyaya gəlib.

Robert və Anna Levandovski

Polşa millisinin və "Bavariya"nın hücumçusu Robert Levandovskinin həyat yoldaşı da sıradan biri deyil. Anna Levandovski peşəkar karateçidir. O, bir çox milli və beynəlxalq yarışlarda qələbələrə imza atıb. Tez-tez cəmiyyət arasına qatılan cütlük mediadan da qaçmır. 

Devid və Viktoriya Bekhem

Bekhemlər idman dünyasının ən gözəl və şık olmaqları ilə yanaşı, həm də nümunəvi cütlüyüdür. 20 ildən çoxdur bir yerdə olan cütlüyün 4 övladı var. 

"Spice Girls" qrupunun solisti olan Viktoriya "Mançester Yunayted"in oyunlarından birində futbolçu ilə tanış olur. Viktoriya matçdan sonra tribunanın altında rastlaşdığı Devidə arxasına telefon nömrəsini yazdığı bileti verir. Həmin bileti əfsanəvi futbolçu hələ də saxlayır. 

Anna Kurnikova və Enrike İqlesias 

Keçmiş raketka ustası Anna Kurnikova kuboklar kimi bir çox azarkeşin və tanınmış musiqiçilərin də qəlbini qazanıb. Anna "Escape" klipinin çəkilişində dünyaca məşhur müğənni Enrike İqlesias ilə tanış olub. Cütlüyün artıq 4 övladı var. 

Konor Makqreqor və Di Devlin

Qarışıq döyüş növləri döyüşçüsü Konor Makqreqor Di Devlin adlı xanımla ailəlidir. O, hələ Konorun bugünkü məşhurluğu olmadan belə sevdiyi adamın yanında olub, ona dəstək verib. Cütlüyün hazırda iki övladı var. 

Röya

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X