Ötən həftə Bakıda Konfrans Liqasının qrup mərhələsinin açılış matçında "Qarabağ"la heç-heçəyə (0:0) nail olan "Bazel" növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, İsveçrə çempionatında 7-ci tur çərçivəsində "Sant Qallen"lə görüşən rəqib Artur Kabralın dublu sayəsində 2:0 hesablı qələbə qazanıb.
Bu qələbə sayəsində xallarını 15-ə çatdıran "Bazel" liderliyə yüksəlib. Belə ki, bir gün əvvəl "Sürix"in xal itirməsi "Qarabağ"ın rəqibinin işinə yarayıb.
Mirağa