"Beşiktaş"ın Türkiyə Superliqasının VII turunda "Altay" ilə oyuna itkilərlə çıxacağını bildirmişdik.
Fanat.Az "Sporx" saytına istinadən xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında klubun baş məşqçisi Sərgən Yalçına "Komanda hansı oyunçularla oynayacaq?" sualı ünvanlanıb.
"Əldə olan oyunçularla oynayacağıq. Kimin olub-olmaması önəmli deyil. Kimin necə oynayacağı önəmlidir", - deyə mütəxəssis cavablayıb.
Mütəxəssisin mətbuat konfransında çıxışını təqdim edirik:
Qeyd edək ki, "Altay" - "Beşiktaş" oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.
Emin Şəmsiyev