10:10 25.09.2021 679

Münəccimin proqnozu: \"Çelsi\", yoxsa \"Mançester Siti\"?

Bu gün İngiltərə Premyer Liqasının 6-cı turuna start veriləcək.

Fanat.Az proqnoz vermək üçün turun ən maraqlı oyunlarından biri "Çelsi" - "Mançester Siti" görüşünü seçib.

"Çelsi"

Son bir həftə ərzində "Çelsi" iki turnirdə çıxış edib. London təmsilçisi İngiltərə Liqa Kubokunun 3-cü raundunda penaltilər seriyasında "Aston Villanı" məğlub edərək (4:3)  kubokun 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Çempionlar Liqasında isə "Zenit"i minimal hesabla məğlub edərək 3 xala sahib olublar.

Tomas Tuxelin (Tomas Tuchel) yetirmələri İPL-də 5 turdan sonra turnir cədvəlində "Mançester Yunayted" və "Liverpul"la 1-3cü yerləri bölüşdürür. London təmsilçisi 5 oyunun 1-ni heç-heçə və 4-nü qələbə ilə başa vurub. 

Son turda isə "Çelsi"  "Tottenhem" üzərində inamlı qələbə qazanıb (3:0). Komandanın ən sərrast futbolçusu aktivində 3 qol olan Romelu Lukakudur.

Komandanın yarımmüdafiəçisi Kristian Pulişiç zədə səbəbindən oyunu buraxmalı olacaq.

"Mançester Siti"

"Şəhərlilər" cari mövsümə ölkə Superkubokundakı uğursuz mübarizə ilə başlayıblar - İngiltərə kubokunun sonuncu qalibi "Lester"  "Mançester Siti"ni minimal hesabla məğlub edib.

İPL-də "Mançester Siti" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Açılış turunda "Tottenhem"ə məğlub (1:0) olan "şəhərlilər" növbəti iki ("Norviç" və "Arsenal"a qarşı) oyunu ard-arda 5:0-lıq qələbə ilə başa vurublar. 
Sonuncu turda isə "Mançester Siti" öz meydanında "Southempton"un müqavimətini qıra bilməyib (0:0).

Qeyd edək ki, cari mövsüm 5 tura rəqib qapılarından 11 top keçirən "şəhərlilər" cəmi bir top buraxıblar. Komandanın olduqca etibarlı müdafiə xətti var.

İlkay Gündoğan, Aleksandr Zinçenko, Benjamin Mendi, Con Stounz və Rodri bu qarşılaşmanı buraxmalı olacaq. 

Komandalar arasında keçirilən son 5 oyun:

Mançester Siti - Çelsi 0:1
Mançester Siti - Çelsi 1:2
Çelsi - Mançester Siti 1:0 
Çelsi - Mançester Siti 1:3 
Çelsi - Mançester Siti 2:1 

Proqnoz

Oyun gününün mərkəzi qarşılaşması Londonda baş tutacaq. Meydan sahibləri çılğın azarkeşlər qarşısında var gücü ilə oynayacaq. Bundan əlavə qələbə "Çesli"yə turnir cədvəlinin zirvəsində öz yerini bərkitməsinə kömək edəcək.
"Mançester Siti" isə oyunu qələbə ilə başa vurmaqla ilk üçlüyə qayıda bilər.

Qonaqlar yaxşı müdafiə olunmaqla yanaşı həm də yaxşı hücum edirlər. Ev sahibləri isə rəqibin qapısına yol tapmaq üçün əlindən gələni edəcək. Klublar arasında keçirilən son 5 oyunun 3-də hər iki komanda fərqlənə bilib.

İlk proqnozumuz oyunun qarşılıqlı qollarla (QQ) keçəcəyi olacaq. Xarici bukmeker kontorları bu varianta 1.95 əmsal verir.

Hər iki komandadan qarşılıqlı hücumlar görəcəyik. 

İkinci proqnoz oyunda 2-dan artıq qol (2,5 ÜST) olacağıdır. Kontorlar bu variantı 2.10 əmsalla dəyərləndirir.

Oyun Bakı vaxtı ilə saat 15:30-da keçiriləcək.

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X