11:55 03.10.2021 496

Qurbanov \"sabaha çıxdı\", Quliyev \"Sabah\"da qalacaqmı? - Reportaj

Premyer Liqanın VI turu autsayderlərin dueli ilə yadda qaldı.

Görüşün nəticəsi həm "Sabah"ın, həm də "Keşlə"nin rəhbərliyini seçim qarşısında qoyacaqdı. "Kresloları laxlayan" məşqçilərdən hansı qalib gəlsə, rəhbərlik millinin oyunlarına görə yaranan əlverişli fasilədə yeni çalışdırıcı gətirmək planını təxirə salmalı olacaqdı. Hadisələrin ardıcıllığını pozaraq qeyd edək ki, cəza səbəbindən oyunu tribunadan izləyən "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov azı iki həftə işini davam etdirə, birinci dövrəni başa vura biləcək. 

Əslində, "Keşlə" yalnız mübarizə əzminə görə qələbəni haqq edirdi. Artıq 3-cü dəqiqədə Merab Qiqaurinin baş zərbəsi ilə hesabı açan meydan sahibləri bütövlükdə qapandı. Praqmatik oynayan "Keşlə"ni buna vadar edən "Sabah"ın təzyiqi olsa da, zədə amili də Sənan Qurbanovun "əl-qolunu bağladı". Təsadüfi deyil ki, 2-si ilk yarıda olmaqla, 55-ci dəqiqəyə qədər artıq 3 əvəzetmə limitini başa vuran keşləlilər bütün dəyişiklikləri zədəyə görə məcburi həyata keçirdi. Başqa sözlə, Qurbanovun gedişata taktiki müdaxilə etmək lüksü, imkanı olmadı. 

"Sabah"ın 90 dəqiqə hücum edən tərəf olduğunu qabartmaqla, baş məşqçi Ramin Quliyevin yenilgini haqq etmədiyini demək istəmirik. Ən azından ona görə ki, "Sabah" rəqib qapısı önündə real qol imkanları yarada, "çərçivə"yə dəqiq zərbə endirə bilmirdi. Əksinə, künc zərbəsindən sonra Merab Qiqaurinin baş zərbəsi ilə hesabı açan və qalan dəqiqələrdə yalnız Felipeni irəlidə saxlayıb bütün topları ona ünvanlayan, əks-hücum zamanı onun bacarığına bel bağlayan "Keşlə" 7-ci dəqiqədə fərqi artıra bilərdi. Ancaq Felipe təkbətəkdən yararlana bilmədi, o qədər də güclü olmayan vuruşunda top düz səlahətin üstünə gəldi. Topa nəzarət edən "Sabah" bir çox halda "5-li müdafiə" ilə (əslində, meydan sahibləri bütün komanda ilə müdafiə olunurdu) oynayan rəqibin sıx cərgəsini yarmaqda çətinlik çəkdiyi üçün uzaqdan zərbələrə üstünlük verirdi. Bir epizodda Elvin Camalov, digərində Coy-Lens Mikels cərimə meydançasından xeyli aralıdan Stanislav Namaşkonun sayıqlığını yoxlamaq istədi, moldovalı qolkiperi məyus edə bilmədilər.

İkinci yarı da eyni ssenari ilə davam etdi. Fasilədən sonra "Sabah"da Camal Cəfərovla Petar Skuletiçin çarpaz zərbələri uzaq dirəyin bir neçə santimetrliyindən keçdi. Qonaqların yaratdığı ən təhlükəli vəziyyət 70-ci dəqiqəyə təsadüf etdi. Kristian Sebalyosun "çərçivə"yə göndərdiyi topu boş qapıdan Miyuşko Boyoviç çıxardı. Bu epizodda Namaşko yaxın küncü bağladığından qapının geniş hissəsi nəzarətsiz qalmışdı. Bir qədər sonra Sebalyos daha bir təhlükəli zərbəsi ilə yadda qaldı ki, top qapıdan az fərqlə aralı keçdi. 

Oyunun sonlarında isə hakim iki epizodda "Sabah"ın əleyhinə şübhəli qərarla yadda qaldı. 74-cü dəqiqədə Felipe "Keşlə"nin cərimə meydançasının xətti üzərində Elvin Camalova qarşı kobud oynasa da, hakim Rəşad Əhmədov nəinki penalti və ya cərimə zərbəsi təyin etdi, qayda pozuntusu belə qeydə almadı. 86-cı dəqiqədə isə Aleksey İsayevin cərimə meydançasının sağından qapı qarşısına ötürməsinin qarşısını Rafael Məhərrəmli açıq əllə kəsdi. Ancaq hakim penalti təyin etmədi. Matçda son nöqtəni isə Felipe qoydu. "Keşlə"nin cərimə meydançasının önündə topu Alekseydən oğurlayan braziliyalı uzun reyd edərək Səlahətlə təkbətəkdən maksimum yararlandı - 2:0.

Beləliklə, bu mövsüm ilk qələbəsini qazanan "Keşlə" turnir cədvəlinin "zirzəmi"sindən qurtulmağı bacardı. "Sabah" isə dəyişikliklər astanasındadır...

Mirağa   

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

Facebookdan bizi izləməyi unutmayın.
X