12:50 07.10.2021 423

Nurlan İbrahimov: \"UEFA-ya dəstəyin haradan gəldiyi bəllidir\"

"Hazırlıqlarımızı tamamlamışıq. Məhkəmə onlayn keçiriləcək. Artıq bir ilə yaxındır ki, mübarizəmiz davam edir. Prosesin həyata keçirilməməsi üçün bizə əngəllər törədilib. Uzun müddət mübarizə aparandan sonra isə şikayət hüququ verdilər və İdman Arbitraj Məhkəməsi (CAS) müraciətimizi qəbul etdi".

Bu fikirləri "Report"a açıqlamasında oktyabrın 8-də məhkəməsi olacaq "Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimov deyib.

O, məhkəmə işinə baxılmaması üçün UEFA-nın CAS-a təzyiq göstərdiyini bildirib: "Hamının qəbul etdiyi kimi, bu qədər ağır cəzanın verilməsi düzgün deyil. Biz hadisə ilə bağlı müəyyən şahidlər də göstərmişik. Yəni, hadisə necə olub və sosial şəbəkədəki status hansı şəraitdə yazılıb. Nəticənin necə olacağını birlikdə görəcəyik".

İbrahimov məhkəmənin qərarı ilə cəzanın tam ləğv olunmasını istədiklərini söyləyib: "Artıq cəzadan bir il ötüb. Neçə ilədək azaldılması barədə nə isə düşünmürük. İstənilən halda, hansısa dəyişikliyin baş verməsi bu məsələdə haqlı olduğumuzu göstərəcək. Mənim də orada əsas məqsədim bu haqqı qorumaqdır. Haqqı çatdırmaq istəyirəm ki, affekt vəziyyətdə yazılmış statusa görə belə cəzanın verilməsi absurdur və real deyil. Biz də ən azından cəzanın dəyişdirilməsinə çalışırıq. Əsas istəyimiz isə ləğv edilməsidir".

Sabiq mətbuat katibinin sözlərinə görə, dünyada buna oxşar hadisələr olub: "Hamı da bilir ki, bu, hüquqi cəza kimi qeydə alınmayıb, siyasi cəzadır və bunun dəyişdirilməsi üçün çalışırıq. Azərbaycan xalqının duasına ehtiyacımız var. UEFA işi çox ciddiyə alır və məhkəmə işinə ciddi heyətlə qatılır. Bu cür lobbi dəstəyinin haradan gəldiyi isə hamıya bəllidir".

İbrahimov məhkəmədə bəzi detalları sübutlu şəkildə göstərməyə çalışdıqlarını vurğulayıb: "Mən statusu nə vaxt yazmışam, hansı səbəbdən və niyə yazmışam? Biz sadəcə, bunu göstərməyə çalışırıq. Bütün yazışmalarımızda da var ki, Gəncə və Bərdə şəhərlərini ermənilərin bombalamasından sonra bu status yazılıb. Bunu özləri də yazışmalarımızda etiraf edir ki, şəhərlərimizin bombalanması zamanı yazmışam. Hər zaman bunu göstərmək istəyirik ki, bunu soyuq başla yazmamışam, bu, günahsız və sivil insanların öldürülməsinə reaksiya idi. Bu, irqçilik deyil, mənim statusum müəyyən səbəblərdən yazılıb. Biz də bunu sübut etməyə çalışırıq. Uzun proses getdi, UEFA ilk olaraq məhkəmənin keçirilməsini istəmirdi. Hamı öz dəlillərini göstərəcək və nəticənin necə olacağını görəcəyik. Onların maraqlarını bu iş üzrə ixtisaslaşmış dünyanın 5 güclü şirkətindən biri müdafiə edir. Biz də Azərbaycan xalqının duasını alıb məhkəməyə girəcəyik. İndiyədək mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

Facebookdan bizi izləməyi unutmayın.
X