17:46 09.10.2021 573

Samir Abasov: \"Özümüz də onu gözləmirik\"

"Məqsədimiz bəzi futbolçuların fiziki durumunu daha da yaxşılaşdırmaq idi. Həmçinin oyun praktikası baxımından axsayan futbolçuları düşünmüşdük. Bu gün nə rəqib önəmli idi, nə də taktiki gedişlər var idi. Bunun üzərində işləməmişdik".

Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, matçın gedişində baş verən mənfi və müsbət hadisələr məşqçilər heyətini o qədər narahat etmir: "Sırf fiziki hazırlıq baxımından bu matçın olmasını istəyirdik. Futbolçularımız meydanda çox hərəkət etdilər, qaçdılar. Bu mənada istəyimizə nail olduq".

Abasov ilk hissədə zədələnən Xorxe Korrea və Yusuf Lavalın durumuna da toxunub: "Daha çox Korreanın bu matçda iştirak etməsini istəyirdik. Əfsuslar olsun ki, zədələndi. Müayinədən sonra hər şey bilinəcək. Lavalın zədəsi isə elə ciddi deyil. İnanırıq ki, problem olmayacaq".

Baş məşqçi baxışda olan seneqallı futbolçular - dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi Dyedyu Usman barədə da fikirlərini bildirib: "Cavan uşaqlardır. Bizim üçün meydanda xarüqələr yaradası deyillər. Özümüz də onu gözləmirik. Sadəcə, bizə nə dərəcədə kömək edəcəklərinə baxırıq".

Abasovun sözlərinə görə, komandanın hazırlıq səviyyəsini bu oyunla ölçmək düzgün olmaz: "Fiziki durumumuz pis deyil. Amma "Sumqayıt"la çempionat matçında nə dərəcədə yaxşı olacağımız millidən qayıdacaq futbolçulardan asılıdır. Təəssüflər olsun ki, yığma ikinci oyununu səfərdə keçirəcək. U-21 millisində də əsas heyət üzvlərimiz var. Onların qayıdışından sonra ümumi ab-hava barədə danışa bilərik". (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X