Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində oktyabrın 23-u saat 18:15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 18:15-dək işləyəcək.