11:17 26.10.2021 608

"Neftçi" "Qarabağ"a çatdı, "Sabah" ilk qələbəsini qazandı - Tura baxış

Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları üç gün ərzində keçirildi.

Bu da “iki cəbhə”də mübarizə aparan “Qarabağ”ın “Kayrat”la oyundan sonra bir gün artıq dincəlmək istəyi ilə əlaqəliydi. “Köhlən atlar” nəfəslərini dərdilər, amma bu da onlara məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı. Ardıcıl 15 oyunda məğlubiyyət üzü görməyən “Qarabağ”ın xalsız qaldığı turda “Sabah” mövsümdəki ilk qələbəsinə sevindi. Bu turda yaşananlara sırasıyla nəzər salaq.

“Sabah” - “Sumqayıt” 3:0
Qollar:
Fofana Tiemoko, 60, 83, Ceyhun Nuriyev, 79
Qırmızı vərəqə: Murad Xaçayev, 11

“Sabah” ikinci dövrəyə qələbəylə başladı. Maraqlıdı ki, “Sumqayıt”la oyun öncəsi komandanın baş məşqçisi Ramin Quliyev istefa ərizəsini rəhbərliyə təqdim etmişdi. Rəhbərlik də çalışdırıcının ayrılıq istəyinə qarşı çıxmamış, onunla yolların ayrılmasına qərar vermişdi. “Sumqayıt”la qarşılaşmada ehtiyat oyunçular skamyasından futbolçulara klubun Müşahidə Şurasının üzvü Anatoli Ponamoryovun göstəriş verirdi. Ya onun ayağı komanda üçün düşərli oldu, ya da Ramin Quliyevin gedişdi. “Sabah” “Sumqayıt”ı üç cavabsız qolla məğlub etdi və mövsümdəki ilk qələbəsini qazandı. 

Düzdü, “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov oyundan sonra baş hakim İnqilab Məmmədovu “qaralamışdı” və onun fikrincə komandasının məğlubiyyətində həlledici məqam Xaçayevin meydandan qovulması olub. Hərgah ki, “Sumqayıt” azlıqda qalsa da, rəqibindən heç də geri qalmırdı. Təsadüfi deyil ki, oyunda ilk qol 60-cı dəqiqədə vuruldu. Azlıqda qalan “Sumqayıt”ın fiziki cəhətdən çatdırmadığını, bu səbəbdən də son yarımsaatda üç qol buraxdığını təxmin etmək çətin deyil.

Qələbəyə baxmayaraq “Sabah” sonuncu pilləni tərk etməyi bacarmadı. Cəmi 4 xal toplamağı bacaran komanda 7-ci pillədəki “Keşlə”dən 3 xal geri qalır. Yaxşı günlərini yaşamayan “Sumqayıt” isə səkkiz oyundan 8 xal toplayıb və 6-cı sıradadı.

“Neftçi” - “Zirə” 2:1
Qollar:
Sezar Meza Kolli, 39, Mirabdulla Abbasov, 84 - Ağabala Ramazanov, 6

Heç şübhəsiz ki, Premyer Liqada “Neftçi”nin əsas rəqiblərindən biri də “Zirə”di. Rəşad Sadıqovun komandası hər zaman “Neftçi”yə başağrısı olmağı bacarır. Bu komandaların ilk dövrədəki görüşündə “ağ-qaralar” 2:1 hesablı qələbəyə sevinmişdilər. Maraqladır ki, bu dəfə də eyni hesab qeydə alındı, özü də sevinən tərəf bu dəfə də “Neftçi” oldu. 

Baxmayaraq ki, görüşdə hesabı açan tərəf qonaqlar idi. Artıq 6-cı dəqiqədə “Neftçi” qapısında qol gördü. Künc zərbəsindən sonra qapı qarşısında yaranan qarışıqlıqdan sonra Ağabala Ramazanov toru silkələdi. Bundan 33 dəqiqə sonra “Neftçi” hesabı bərabərləşdirdi. Təcrübəli Sezar Meza Kollinin başla vurduğu zərbə effektiv alındı və komandalar fasiləyə bərabərliklə yollandılar. İkinci hissədə “Neftçi” üstün tərəf kimi görünsə də “Zirə” bərabərlik qolunu uzun müddət qoruya bildi. 84-cü dəqiqədə Mirabdulla Abbasov oyunun qəhrəmanına çevrildi. Maraqlıdı ki, o da başıyla topu qapıdan keçirdi. Amma Abbasovun vurduğu qol daha baxımlı alındı.

Bu qələbə sayəsində “Neftçi” xalını 17-yə yüksəltdi. 12 xalda qalan “Zirə” isə “Qəbələ”ni özündən irəli buraxdı.

“Keşlə” – “Qəbələ” 2:3 
Qollar:
Aldair Neto, 38, Amil Yunanov, 90+7 - Ruan Renato, 23, Asif Məmmədov, 30, İsnik Alimi, 59
Qırmızı vərəqə: Stefan Vukçeviç, 69

“ASK Arena”dakı qarşılaşma bolqollu və gərgin alındı. Maraqlıdı ki, artıq görüşün 30-cu dəqiqəsində “Qəbələ” 2:0 hesabıyla irəlidə idi. Ruan Renato hesabı açmış, təcrübəli Asif Məmmədov isə komandasının üstünlüyünü iki topa çatdırmışdı. Yaxşı ki, Aldair Neto fasiləyə qədər bu toplardan birinin əvəzini çıxa bildi. Əks halda ikinci hissədə “Keşlə” üçün daha çətin olacaqdı. Düzdü, İsnik Alimi ikinci hissənin ortalarına qədər “Qəbələ”nin üstünlüyünü yenidən iki topa çatdırmışı. Amma 69-cu dəqiqədə “Keşlə” yenidən ümidləndi. Bu dəfə onları sevindirən vurduqları qol yox, Vukçeviçin meydandan qovulması idi. Di gəl ki, say üstünlüyündən yararlanıb, meydandan xalla ayrılmaq mümkün olmadı.

Düzdü, Amil Yunanov “Qəbələ”nin qapısına yol tapmağı bacardı. Lakin bu hadisə hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə baş verdi və “Keşlə”nin bərabərlik qolu vurmağa vaxtı çatmadı.

Az əvvəl qeyd etdiyimiz kimi, artıq “Qəbələ” “Zirə”ni üç xal üstələyir və əyalət təmsilçisi 3-cü pillədəki yerini inamla qoruyur. “Keşlə” isə yalnız “Sabah”a yuxarıdan aşağı baxır.

“Səbail” – “Qarabağ” 3:1 
Qollar:
Nikolas Raysel, 32. Mirsayib Abbasov, 42. Turan Manafov, 90+1 - Kadi Borqes, 65

Qurban Qurbanovun qorxduğu başına gəldi. Çalışdırıcı hələ “Kayrat”la oyundan əvvəl “Qarabağ”ın uzun müddət uduzmamasının futbolçularda gərginlik yarada biləcəyindən ehtiyat etdiyini demişdi. Qurban bəy özü də başa düşürdü ki, bu seriya gec-tez başa çatacaq. Gözlənilən hadisə “Səbail”lə oyunda yaşandı. Beləcə, ardıcıl 16 oyunda uduzmayan “Qarabağ” Bayılda məğlubiyyətlə barışmalı oldu.

Oyunun ilk dəqiqələrindən “Qarabağ”ın futbolçularının ehtiyatla oynadığı, bərbad süni örtükdə zədələnməkdən ehtiyatlandığı hiss edilirdi. “Kayrat”la oyunda xeyli güc sərf edən, emossianal anlar yaşayan futbolçular oyuna köklənmədə də problem yaşayırdılar. “Köhlən atlar” az güc sərf edib, maksimum nəticə qazanmaq istəyirdi. Lakin bunu bacrmadılar.

“Səbail”in qələbəsində Kamran Ağayevin qurtarışları da həlledici rol oynadı. Təcrübəli qapıçı az iki epizodda komandasını qoldan xilas etdi. Tural Manafovun cərimə zərbəsindən vurduğu qol isə həm gözəl alındı, həm də heç-heçə üçün irəli atılan “Qarabağ”ın ümidlərinin üzərindən xətt çəkdi.

Bu qələbə sayəsində 9 xallı “Səbail” 5-ci pilləyə yüksəldi. 17 xalda qalan “Qarabağ” isə “Neftçi”nin nəfəsini yaxından hiss edir. Xatırladaq ki, oktyabrın 30-da çempionatın liderləri “Azərsun Arena”da qarşılaşacaqlar.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da -RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

Facebookdan bizi izləməyi unutmayın.
X