13:34 26.10.2021 1481

\"Karvan\" fəaliyyətini bərpa etdi: Kənan Kərimovla müsahibə

Həftəsonu Azərbaycanda Region Liqası start götürəcək.

İştirakçılar arasında iddialılar az deyil. Ancaq "Karvan" adı xüsusi diqqət çəkir. Vaxtilə elitada at oynadan Yevlax təmsilçisi yenidən böyük futbola qayıdır. 

Fanat.Az komandanın baş məşqçisi Kənan Kərimovun saytımıza müsahibəsini təqdim edir: 

- "Karvan" Region Liqasında çıxış edəcək. Komandanın fəaliyyətini bərpa etməsi təşəbbüsü kimə məxsusdur? 
- Bildiyiniz kimi, "Karvan" sonuncu dəfə 2014/2015 mövsümündə çempionatda iştirak etmişdi. Həmin vaxt baş məşqçi mən idim. O vaxtdan 5-6 il ötüb. Bu müddətdə fəaliyyət göstərməməsi bir yevlaxlı kimi, mənə ağır gəlirdi. Axı bu komanda Premyer Liqanın iddialılarından olub, çempionluğa oynayıb, Avroliqada ilk dəfə mərhələ keçən təmsilçimiz kimi tarixə düşüb. Ancaq nə maraqlanan var idi, nə də yaxın duran. Elə bil heç "Karvan" adlı klub olmayıb. Ürəyim ağrıyırdi. Bu boyda baza, stadion, infrastruktur yiyəsiz qalıb. Dağılıb gedir. Qərara gəldim ki, bu il yarışa qoşulaq. Uşaqlara da deyirəm ki, bu il bu şansdan yararlanmasaq, bəlkə "Karvan" bir də heç vaxt dirilməyəcək.

- Klubun fəaliyyətinə ara verməsi sırf maliyyə ilə əlaqələndirilirdi. Bəs necə oldu ki, bu problemi yoluna qoydunuz? Komandanın büdcəsi necə formalaşdırılıb? 
- Bu gün də sponsorumuz yoxdur. Sağ olsun dostlarım, onlar mənə dəstək olur. Hələlik xırda xərcləri öhdələməyə çalışırıq. Yol xərcləri, məşqə gedib-gəlmək və sair. 

- AFFA yardım etməyib?
- Pul-para mənasında yox. Amma sağ olsunlar, invertar köməkliyi ediblər. Forma verilib. Başqa heç nə...

- Region Liqası komandasına böyük büdcə lazım olmasa da, xərc az çıxmayacaq. Dostlarınızla bunu sona qədər qarşılaya biləcəksiz?
- Əlbəttə, çətin olacaq. Komandanı yığanda dedim ki, başlayaq və çempionat gedə-gedə sponsor axtaraq. Qoy görsünlər ki, artıq varıq, pis-yaxşı nəticə qazanırıq. Göz önündə olaq ki, kiminsə diqqətini çəkək. Yevlax İcra Hakimiyyətinə də müraciət etmişəm. 4-5 gün əvvəl icrada oldum, başçının müavini ilə görüşdüm. Lazım olan məqamları orda da dedim. Bildirdim ki, "Karvan" mənim şəxsi klubum deyil. Komanda fəaliyyət göstərəcəksə, bu şəhərin adı üçün yaxşıdır. Xahiş etdim ki, dəstək olsunlar. Hələki xəbər yoxdur. Amma ümidlə gözləyirik ki, xoş xəbər eşidəcəyik.

- Komandaya minimum nə qədər büdcə lazımdır? 
- Uşaqlar sağ olsunlar, hələki mənə görə oynayırlar. Ancaq bir peşəkar kimi çalışıram futbolçulara az məbləğdə də olsa, maaş verək. Heç olmasa, hərəsinə 300 manat maaş verim. Futbolçu daha çox qazanmalıdır, çünki əziyyət çəkir. 300 manat çox pul deyil. İndi fəhlə, xidmətçi o puldan daha artıq gəlir əldə edir, maaş alır. Amma 300 manat komandanın üzvlərinə təkan, stimul olar. Əvvəla, evinə çörəkpulu aparmış olar, məşqə öz cibindən yol pulu verib gəlməz. Həm də mən məşqdə uşaqlardan nəsə tələb edə bilərəm. 

- Oyunlarınızı harda keçirəcəksiniz?
- Yevlax şəhər stadionunda. Artıq 3 aydır orda məşq edirik. Komandanı yenidən bir araya gətirəndə Şahmar müəllimlə ("Karvan"ın sabiq rəhbəri Ş.Vəliyevi nəzərdə tutur-red.) görüşdüm, ondan stadionu bizim ixtiyarımıza verməyi xahiş etdim. Sağ olsun, dedi "gedin, oynayın". Yəni stadion problemimiz yoxdur.

- Şahmar müəllim yenidən komandaya sponsor olmaq istəmir?
- Bu barədə söhbətimiz olmadı. Amma bir az keçsin, yenidən onunla görüşməyə çalışacağam. Şahmar müəllim futbolu sevən adamdır, bəlkə yenə maddi dəstək olar. 

- Komandanın heyətini tam formalaşdırmısınız? "Karvan"ın iddiası nə olacaq? 
- Heyətə əsasən yevlaxlı uşaqları cəlb etmişik. Kənardan iki futbolçumuz var. Mingəçevirli uşaqlardı. Onlar oyundan-oyuna bizə kömək edəcəklər. Çünki gündəlik məşqlərə gəlib-getmələrinə hələlik imkan yoxdur. Məşq planı vermişik, Mingəçevirdə hazırlaşırlar. Az-çox tanınan futbolçulardan Müşfiq Teymurovu komandaya götürmüşük. İddiaya gəlincə, indiki məqamda əsas məqsəd komandanı yaşatmaqdır. Bunu bacarsaq, elə uğur sayılacaq. Ancaq heç kim düşünməsin ki, bizə rahat qalib gələcək. "Karvan"ın adı, ruhu üstümüzdədir. Bu, məsuliyyətimizi artırır. Nəticələrimizin də yaxşı olacağına inanırıq.

Mirağa 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X