MLS-in Şərq Konfransının 30-cu turunda "Sietl Saunders" "Sportinq Kanzas Siti"ni qəbul edib.
Fanat.Az xəbər verir ki, görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Görüşdə maraqlı hadisə yaşanıb. Belə ki, oyunun 54-cü dəqiqəsində "Sportinq Kanzas Siti"nin qapıçısı Timoti Melia (Timothy Melia) "Sietl Saunders"in hücumçusu Kristian Roldana (Cristian Roldan) qarşı güləş fənni işlədərək onu yerə yıxıb. Bundan sonra qapıçı sarı vərəqə ilə cəzalandırılıb.
Həmin epizodun videogörüntüsünü təqdim edirik:
Bu epizoda tanınmış restler və Hollivud ulduzu "Rok" ləqəbli Dueyn Conson da reaksiya bildirib. Həmin hərəkətin görüntüsünü Conson rəsmi "Twitter" səhifəsində "Bu fənd "Rock Bottom" adlanır" rəyi ilə paylaşım.
💯 this is called delivering a devastating, “Rock Bottom” 👏🏾👏🏾
— Dwayne Johnson (@TheRock) October 23, 2021
+ I assume player in green got up and fought his ass off, unless he got his bell rung.
+ I also assume there was a card delivered in the red color palette 🤣 //t.co/anvlN9Sx5T
Xatırladaq ki, hər iki klubun 58 xalı var və MLS-in turnir cədvəlinə başçılıq edirlər.
Emin Şəmsiyev