10:04 05.11.2021 2151

Mahir "Napoli"yə vurduğu qoldan danışdı: "Təslim olmayacağıq"

Polşa "Legiya"sının futbolçusu Mahir Emreli evdə İtaliya "Napoli"sinə 1:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup oyunundan sonra "TVP Sport"a açıqlama verib. 

Fanat.Az xəbər verir ki, 11-ci dəqiqədə hesabı açdıqdan sonra baş məşqçi Marek Qolebiyevskini qucaqlayan 24 yaşlı hücumçu bunu çoxdandır qol vurmaması ilə əlaqələndirib: "Çoxdandı qol vurmurdum, ona görə sevinc hissi keçirdim və məşqçini qucaqlamaq üçün qaçdım. Məşqçi mənə inandığını və döyüşməli olduğumu demişdi. Bu, ona bir təşəkkür jesti idi, başqa bir şey deyildi". 

Mahir məğlubiyyətin səbəblərini də açıqlayıb: "Avropa Liqasındakı ilk oyunlardan sonra düşünürdüm ki, yaxşı çıxış edəcəyik. Çünki qrup mərhələsinə yaxşı başlamışdıq. Bununla belə, “Napoli” İtaliyanın ən yaxşısıdır və topla yaxşı oynadığını nümayiş etdirdi. Çətin oyun olacağını bilirdik. Bu gün bir daha bunun şahidi olduq. Vurduqları hər qol onların səviyyəsini göstərir. Penaltilər, fərdi səhvlər oldu və beləcə məğlub oldu. Müsbət məqam? Qol vurmağım. Amma düzünü desəm, uduzduğumuza görə məyusam. İndi təhlil etmək və səhvləri aradan qaldırmaq üçün işləmək vaxtıdır. Davam etmək vaxtıdır. Kombinasiya ilə oynamağa, qol vəziyyətləri yaratmağa, məşqçinin dediklərinə, məşqdə çalışdıqlarımıza əməl etməyə səy göstərdik. Bu yaxşı əlamətdir. İnanıram ki, daha yaxşı olacaq".

Millimizin üzvü "Napoli" ilə oyunda tez yorulduqlarını etiraf edib: "Ola bilsin ki, gücümüz tükəndi. Topsuz qaçdığımızı nəzərə alsaq, bu normaldır. Rəqibə boşluqlar verdik. Özümüzdən qat-qat yaxşı futbol keyfiyyətli komandaya qarşı oynadıq. Mən komandadan yox, fərdi keyfiyətlərdən danışıram. Yekunda komanda şəklində uduzduq. Onu da deməliyəm ki, nəticə meydanda baş verənləri əks etdirmir. Futboldan anlayan hər kəs bunu etiraf edə bilər.

Biz "Legiya"yıq və mübarizəmizi davam etdirməliyik. Təslim olmayacağıq". 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 İyun 2024
18:52

Xorvatiya millisinin üzvü üçün Avropa çempionatı bitdi

17:49

"Bayern" milli üzvü ilə güclənir

17:11

"Zirə"nin Avropa Liqasındakı ilk rəqibi bilindi

16:25

Abdullayev Polşada AFA-nın tədbirinə qatıldı

16:03

İspaniya nəhəngi Almaniya millisinin üzvünü aparır - Bu qiymətə

15:28

Mbappe azarkeşlərə müraciət etdi - SON DURUM 

14:52

"Avropa çempionatına təsadüfən çıxmadığımızı sübut edəcəyik" - Quram Kaşiya

14:21

"Sanki öz evimizdə oynayacağıq" - Salih Özcan

13:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

13:30

"Sevilya"da yeni yarımmüdafiəçi - RƏSMİ

13:17

Albaniyalı hücumçu "Şamaxı"da - RƏSMİ 

12:56

"Bu, yaxşı ənənədir" - Didye Deşam

12:31

AFFA rəsmisi Poznandakı görüşdə iştirak etdi

12:23

"Çox bəxtsiz məğlubiyyətdir" - Ralf Ranqnik

11:50

"Baş məşqçimiz bizə xəbərdarlıq etmişdi" - Ukrayna millisinin kapitanı

11:15

AÇ-2024: Türkiyə Gürcüstana, Portuqaliya Çexiyaya qarşı - YENİLƏNİR

10:42

Fransa millisi Mbappeni itirdi - Ağır xəsarət alan ulduz əməliyyat olunacaq

10:18

AÇ-2024: Nəticələr və təqvim

09:55

Avstriya - Fransa matçının ən yaxşı oyunçusu bilindi

09:30

Avropa çempionatları tarixində Lukaku kimisi olmamışdı

09:22

Azərbaycan millisi Albaniya ilə heç-heçə etdi

09:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

01:17

Şotlandiya millisinin üzvü diskvalifikasiya edildi

00:58

AÇ-2024: Ukrayna və Belçika uduzdu, Fransa qalib gəldi

17 İyun 2024
23:51

Kaltsona Belçika üzərində qələbə barədə nə dedi?

23:38

"Təəssüf ki, bu, bu gün baş verdi" - Domeniko Tedesko

23:09

Belçika - Slovakiya matçının ən yaxşı oyunçusu bəllidir

21:29

"Bu, inanılmazdır" - Yordanesku darmadağını dəyərləndirdi

21:07

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci oldular

20:12

"Heç kim nəticənin belə olacağını gözləmirdi" - Sergey Rebrov

19:34

Rumıniya - Ukrayna matçının ən yaxşı oyunçusu bilindi

18:11

"Şamaxı"nın hazırlıq planı açıqlandı

17:52

Ospinanın yeni iş yeri bilindi - RƏSMİ

17:14

Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında gümüş medal qazandı

16:55

"Çelsi"də yeni müqavilə

16:21

Azərbaycan millisinin olimpiadadakı oyunlarının təqvimi bilindi

15:53

İstanbul nəhəngi "Mançester Yunayted"in futbolçusunu istəyir

15:16

Zubirin növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

14:40

Roberto De Dzerbinin yeni iş yeri bilindi - SON DURUM

13:57

Bravonun "Real"dakı aqibətinə aydınlıq gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X