UEFA Konfrans Liqasındakı təmsilçimiz "Qarabağ"ın rəqiblərindən olan İsveçrə "Bazel"i ardıcıl 4 oyundur qələbəyə həsrət qalıb. Komandanın ölkə çempionatında lider olmasına baxmayaraq klub azarkeşləri və mütəxəssislər "Bazel"də problem olduğunu düşünürlər.
Fanat.Az xəbər verir ki, klubun əfsanəvi futbolçusu Erni Meysen (Erni Maissen) "Telebasel" telekanalına müsahibəsində komandadakı vəziyyət şərh edib: "Komandada ustalıq çatışmazlığı var. "Sent Qallen"ə qarşı oyunda yarımmüdafiə xətti zəif idi. Onlar hələ əsl konsepsiyanın nə olduğunu bilmir. Necə oynamaq lazım olduğundan xəbərsizdirlər. Yarımmüdafiəçi Paytim Kassamini qeyd edib. Onun oyunu mənim xoşuma gəlmir.
Belə templə avrokuboklarda heç bir uğura ümid etməyə dəyməz".
Qeyd edək ki, ölkə çempionatında keçirdiyi son oyunda "Bazel" öz meydanında "Sent Qallen"ə 0:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, "Bazel" UEFA KL çərçivəsində növbəti oyununu səfərdə Qazaxıstanın "Kayrat"ına qarşı keçirəcək.
Emin