17:15 09.11.2021 1609

Dünya çempionu: "Gələn dəfə onu elə udacağam ki..."

Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatının qalibi Əliabbas Rzazadənin (sərbəst güləş, 57 kq) Fanat.Az-a müsahibəsi

- Sizi yaxından tanıyaq.
- 1998-ci ildə Astara rayonun Rudəkənar kəndində anadan olmuşam. Güləşə 9 yaşımda, öz kəndimizdə başlamışam. Mən güləşə təzə başlayanda Cəbrayıl Həsənov İstanbulda gənclər arasında dünya çempionatının qalibi olmuşdu. Onun çıxışlarını izlədikdən sonra məndə daha çox həvəs yarandı. Sonradan Bakıya, Respublika Olimpiya İdman Liseyinə gəldim.

- Deməli, kumiriniz Cəbrayıl olub. 
- Bəli. Biz qonşu kənddənik. Onların kəndi ilə bizimki arasında çox olsa 1 kilometr məsafə var. Ailəsini də tanıyıram. O vaxtlar bizim el-obada hamı Cəbrayıl Həsənovun uğurları ilə fəxr edirdi, adı dillərdən düşmürdü. Mən də istəyirdim ki, onun yolunu gedim. Şükür ki, illər sonra bu mənə qismət oldu. Vətənə dünya çempionatının qızıl medalı ilə döndüm.

- Belqraddakı mundial yaş qrupları üzrə sonuncu yarışınız idi. Serbiya paytaxtına səfər öncəsi nə hiss edirdiniz?
- Öncə onu deyim ki, yarışa hazırlığımız yaxşı təşkil olunmuşdu. Xasavyurtda iki həftədən çox təlim-məşq toplanışı keçmişdik. Dağıstan güləşçiləri ilə birgə məşqlər bizə çox fayda verdi. Mən bu il Skopyedə keçirilən Avropa çempionatında finalda uduzmuşdum. Odur ki, gənclərdə son yarış olduğunu nəzərə alıb, maksimum nəticəyə köklənmişdim. Yer aldığım qrup digərindən daha çətin idi. Ancaq yarımfinaladək elə bir çətinlik hiss etmədim. Son iki görüş gərgin keçdi. 

- Yarımfinal və final qarşılaşmalarınız olduqca dramatik alındı. Hətta final görüşündən sonra mübahisəli epizod yaşandı. Rəqib güləşçi və onun məşqçiləri qələbə qazandıqlarını iddia edib uzun müddət etirazlarını bildirdilər. Orada konkret nə baş vermişdi?
- Mən əvvəlcədən planlaşdırmışdım ki, görüşün taleyini sona yaxın həll edəcəyəm. Əsas gücümü sonluğa saxlamışdım. Ələ düşən imkandan istifadə edib 4 xallıq fənd işlətdim. Onlar da həmin epizoda etiraz edirdilər. Özü də üstündən bir xeyli keçmişdi. Halbuki orada protest verilməli nəsə yox idi. Mən görüşdən sonra öz hakimlərimizlə də söhbətləşdim. Onlar da təsdiq etdilər ki, təmiz 4 xallıq fənd idi. Hətta bir məqamda mənə əlavə 2 xal da vermək olardı. 

- Xalçadan çıxdıqdan sonra onlarla aranızda hansısa dialoq oldu?
- Sonradan özləri də səhvlərini başa düşdülər. Yaxınlaşıb təbrik etdilər. İnşallah, həmin idmançı ilə qarşıda yenə üz-üzə gələcəyik. Gələn dəfə elə udacağam ki, protest vermək ağıllarından keçməsin.

-  Çıxış etdiyiniz yüngül çəki dərəcəsində ölkə güləşinin kifayət qədər zəngin keçmişi olsa da, son illər stabillik yoxdur. Tokio-2020-yə də lisenziyamız olmadı. Nəticəniz bu baxımdan ikiqat ümidverici idi. İndiki çəkidə davam edəcəksiniz, yoxsa qarşıda yuxarı çəkiyə keçmək fikriniz var?
- Ən azından Paris-2024 Olimpiya Oyunlarına kimi bu çəkidə qalacağam. Çünki 65 kiloqramda bizim yaxşı güləşçilərimiz çoxdur. 57-də də yaxşı idmançılar var. Əfqan Xaşalov, Mahir Əmiraslanov... Onlarla başabaş güləşirik. Mən də istəyərəm ki, güclü, sağlam rəqabət olsun.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

16:01

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir: Heyətlər - YENİLƏNİR

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X