"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldu komandanın baş məşqçisi Ule-Qunnar Sulşer üçün problem yarada bilərmi?
Fanat.Az xəbər verir ki, bu sual "Uotford"un baş məşqçisi Klaudio Ranyeriyə ünvanlanıb.
"Sky Sports" telekanalının müxbiri italyan mütəxəssisə "Sulşer istəsə də, istəməsə də, hər həftə heyətdə Ronaldunun statusunu qorumalıdır. Əgər bu problemdirsə, o zaman Klaudio həmkarına kömək etməyə və Ronalduya "Uotford"da şans verməyə hazırdırmı?" sualını verib.
Ranyeri isə suala belə cavab verib: "Siz mənə Kriştianu Ronaldunu verin, mən ona nə qədər lazımdırsa, oyun vaxtı verərəm. O, hər dəqiqə oynayacaq!" (gülür)...
Xatırladaq ki, Klaudio Ranyeri 2015/2016 mövsümündə "Lester" klubu ilə İngiltərə çempionu olub.
Emin