14:03 26.11.2021 1027

Millimiz Sloveniyada niyə uğursuz oldu? - Qrossmeyster şərh edir

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Noyabrın 12-dən 21-dək Sloveniyanın Çatej şəhərində şahmat üzrə növbəti komandalararası Avropa çempionatı keçirildi. Budəfəki yarışda 39 kişi, 31 qadın komandası mübarizə apardı. 

Heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abbasovun yer aldığı Azərbaycanın kişilərdən ibarət millisi turnir iştirakçılarının reytinqdə ikinci yerdə olsa da, yekunda mükafatçılar sırasından kənarda qaldı. Halbuki bunadək üç dəfə qitənin ən güclüsü olan yığma son tura qədər liderlər qrupunda qərarlaşmışdı.

Əvəzində reytinqinə görə beşinci olan qadın kollektivimizin analoji yarışdan ardıcıl ikinci dəfə vətənə medalla dönməsi şahmatsevərlər üçün təsəlli oldu. Belə ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayevadan təşkil olunan yığma Rusiya və Gürcüstandan geri qalaraq 3-cü yeri tutdu.

Bu, millimizin qitə çempionatında ümumilikdə üçüncü bürünc medalı idi.

Doqquz oyundan 6 xal toplayan birinci lövhədəki təmsilçimiz Günay Məmmədzadə Batumidə keçirilən əvvəlki AÇ-də olduğu kimi, komandanın ən məhsuldar oyunçusu ünvanına sahib çıxdı. Yeddi görüşdən 4,5 xalla ayrılan Xanım Balacayeva bu göstəricidə ikinci oldu. Yığmanın digər üzvlərindən keçirdiyi 5 qarşılaşmanı 3,5 xalla başa vuran Ülviyyə Fətəliyeva inamlı təsir bağışladı.

Fanat.Az Azərbaycan şahmatçılarının qitə çempionatındakı çıxışını beynəlxalq qrossmeyster Vasif Durarbəyli ilə müzakirə edib. Bu ilin yayında Soçidə keçirilən Dünya Kuboku turnirində 1/4 finaladək irəliləməklə təmsilçilərimiz arasında ən yaxşı göstəriciyə imza atan və son ölkə çempionatının baş mükafatına yiyələnən 29 yaşlı şahmatçı Avropa çempionatı üçün milliyə çağrılmamasından da danışıb.

- Vasif bəy, Azərbaycan şahmatçılarının Avropa çempionatındakı çıxışını necə dəyərləndirirsiniz? 

- Qadınlardan ibarət komandanın ardıcıl ikinci dəfə medal qazanması uğurdur. Nəzərə alsaq ki, Rusiya və Gürcüstan qadın şahmatında hələlik bizdən öndədir, üçüncülük millimiz üçün kifayət qədər yaxşı nəticədir. Xanımlarımızı ürəkdən təbrik edirəm. Kişilərdən ibarət komanda isə məlumdur ki, imkanlarından aşağı çıxış elədi.

- Kişilərin uğursuzluğunun səbəbini nədə görürsünüz?

- Uğursuzluğu bir neçə amillə əlaqələndirmək olar. Başlıca olaraq iki səbəb görürəm. Əvvəla, heyət seçimi qeyri-müəyyən idi. Digər məsələ isə komandada məşqçi heyətinin olmamasıdır. Məşqçi heyəti olsaydı, yığma yarışa qədər daha yaxşı hazırlanardı. 

- Bununla belə, komanda son tura qədər liderlər qrupundaydı...

- Sözün düzü, ikinci turdan sonrakı oyunlar elə də ürəkaçan deyildi. Qələbələr inamlı təsir bağışlamırdı. 

- Yığma Fransa ilə son görüşə qədər dörd oyunu heç-heçə bitirmişdi. Halbuki aralarında udulası rəqiblər var idi.

- Ermənistan yığmasını udmaq olardı. Qələbəyə yaxın idik. Amma onların heyətindəki şahmatçılar da güclü idi. Heç-heçəni anlamaq olar.

- Ukrayna ilə qarşılaşma xüsusən çox danışıldı. Vacib matçda Şəhriyarın oynamaması, tərəflərin tez-tələsik heç-heçə etməsi birmənalı qarşılanmadı. Açıq desək, oyunun danışılmış olması təəssüratı yaranıb. Sizin fikriniz nədir?

- O görüş barədə danışmaq istəmirəm.

- Fərdlərə gəldikdə, ələlxüsus Teymur Rəcəbovun yarışdakı çıxışı müzakirə edildi. Oyunlarında demək olar ki, gərgin mübarizənin şahidi olmadıq. Rəcəbovun yarışa bir qədər səthi yanaşması ilə bağlı fikirləri bölüşürsünüz?

- Xeyr. Teymur peşəkar şahmatçıdır, başa düşür ki, ölkəsini təmsil edir. Məncə, əlindən gələni edib. Kənardan fikir bildirmək asandır. Ancaq deyim ki, bəli, mən də onun oyunlarında gərgin mübarizə görmədim. Ola bilər ki, çempionat vaxtı yaxşı formada olmayıb. 

- İl ərzində diqqətçəkən nəticələriniz olsa da, yığmanın Avropa çempionatı üçün heyətindən kənar qaldınız. Bununla bağlı az əvvəl eyham vurdunuz, daha öncə də sosial şəbəkə hesabınızda narazılığınızı qeyd etmişdiniz. Komandaya çağrılmamağınızın səbəbini konkret nədə görürsünüz? 

- Federasiyadan əsas gətirildi ki, heyət reytinqə görə müəyyənləşib. Ancaq mən sizə xatırladım ki, 2019-cu ildəki Avropa çempionatı ilə bağlı fərqli qərar verilmişdi. Həmin il Teymur Rəcəbov səhhətindəki problemlər səbəbindən Batumiyə yollana bilmədi. Nicat Abbasov da bəzi səbəblərdən yarışa qatılmadı. Belədə reytinqdə mən beşinci olurdum və həmin arqumentlə heyətə düşməliydim. Amma nədənsə götürüb məndən bir pillə aşağıda olan, 24 xal geri qalan digər şahmatçını Gürcüstana apardılar. Görünür ki, ortada qərəzli münasibət var.

Sizə qarşı ikili standart nədən qaynaqlanır? Millinin heyətinə çağrılan şahmatçılara federasiyanın simpatiyası olduğunu düşünürsünüz?

Açığı, bu barədə heç bir fikrim yoxdur. Yığmanın heyətindəki şahmatçılar da kifayət qədər güclüdürlər. Onların hər birinə həm şahmatçı, həm də insan kimi böyük hörmətim var. Sadəcə, ortada fakt var, bunu deməli idim.

- Hesab edirsiniz ki, siz Sloveniyaya yollansaydınız, nəticə indikindən fərqli olardı?

- Uğursuzluqdan sonra "mən olsaydım, komanda daha yaxşı nəticə göstərərdi" demək asandır. Onda belə çıxır ki, komanda uğur qazansaydı, mənim heyətdən kənarda qalmağım düzgün seçim imiş. Bunları nəzərə alıb fikirlərimi əvvəlcədən bidirdim. Fakt budur ki, komandanın ən optimal heyətində mən olmalıydım. Amma olmadım, bu isə o deməkdir ki, ədalət prinsipləri pozulub.

- Federasiya barədə ən çox giley bildirən şahmatçılardan biri, bəlkə də, birincisi sizsiniz. İndi də məsul yarış üçün heyətə daxil edilməməyinizin ədalətsiz, qərəzli qərar olduğunu vurğulayırsınız. Bu cür münasibət sizi gələcəkdə daha kəskin addımlar atmağa vadar edə bilərmi? Konkret desək, başqa ölkəni təmsil etmək variantına necə yanaşırsınız?

- Heç vaxt Azərbaycanı başqa ölkəyə dəyişmək fikrində olmamışam. Bundan sonra da ancaq vətənimi təmsil etmək istəyirəm. Başqa ölkə adına yarışmaqla bağlı söhbət düşüb, amma açığı, bu, təklif alacaq səviyyəyə gəlib çatmayıb.  Sadəcə, tez-tez qarşılaşdığım xoşagəlməzliklər məni həyəcan təbili çalmağa vadar edib. Uzun zaman idi ki, şahmatımızdakı problemlər barədə danışmaq istəyirdim. Bu ildən fikirlərimi daha yüksək səslə dilə gətirirəm. Məqsədim də problemləri geniş ictimaiyyətə çatdıraraq həllinə nail olmaqdır. Təbii ki, tək mənim fəallığımla bu məsələlər yoluna qoyulmayacaq. Kaş həmkarlarım da mənə dəstək olardı. Onlar da üzərlərində sosial məsuliyyət hiss edərdilər. Çünki həmin şahmatçıların da bu yerlərə gəlməsində Azərbaycan xalqının dəstəyi rol oynayıb. Onların xalq qarşısında borcu yalnız yarışlarda iştirak edib uğur qazanmaq olmamalıdır. Yaranmış vəziyyətə birgə işıq tutulmalıdır ki, bu xalqın övladları gələcəkdə normal şərtlər altında şahmatla məşğul ola bilsinlər.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X