Avropa Liqasının qrup mərhələsində keçirilən "Qalatasaray" - "Marsel" (462) matçı Kərəm Aktürkoğlunun karyerasını dəyişə bilər.
Fanat.Az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi sözügedən qarşılaşmada çıxışı ilə fransızları özünə heyran edib.
Xəbərə görə, "Marsel" mövsümün sonunda Cengiz Ünderin yerinə Kərəmə sərmayə yatırmağa hazırdır.
Xatırladaq ki, Kərəm Aktüroğlu cari mövsüm "Qalatasaray"ın heyətində 13 oyuna 3 qolla yadda qalıb.
Emin