13:02 04.12.2021 922

“Kaş Elnurun son halını görməyəydim” - Mərhum jurnalistin xanımı danışdı

Elnur Əşrəfoğlu - bu ilin oktyabrında koronavirusun sevdiklərindən ayırdığı peşəkar jurnalist...

Bütün arzuları övladları ilə bağlı idi. Zöhrənin, Mətinin universitetə daxil olmasını arzulayırdı. “Qocalanda nəvələrimizi saxlayarıq, uşaqlar da özləri üçün yaşayarlar”, - deyirmiş çox sevdiyi həyat yoldaşı İlahə xanıma. Nəvələrinə necə baxacağının xəyalını qururmuş…

Mərhum jurnalistin həyat yoldaşı İlahə Şükürova Modern.az-a Elnurlu xatirələrindən, onunla birlikdə xəyalını qurduğu bitib-tükənməyən arzularından danışıb.

Çətin də olsa, İlahə xanım o günləri xatırlayır. Deyir, heç bilmir Elnur virusa harada yoluxdu, necə oldu:

“Özünü həddindən artıq qoruyurdu. Maşına oturanda sükanı, oturacağı, hətta qapının hər yerini, tutacaqları dezinfeksiya edirdi. Hər yerə maska ilə gedirdi. Amma avqust ayından başlayaraq səhlənkar yanaşdı, demək olar ki, maska taxmırdı. Özünü əvvəlki kimi gözləmirdi”.

Səyahət etməyi xoşlayan Elnur Əşrəfoğlunun son səfəri Yaponiyaya olub. Və elə hər şey bu səfərdən sonra başlayıb:

“Yaponiyaya Olimpiadaya getmişdi. İqlim dəyişikliyi olanda immunitet aşağı düşür. Qayıdanda immuniteti aşağı düşmüşdü və virusa yoluxdu. Böyrəyinin biri də yox idi. Çox ağır gün idi, çox... Xəstələnməzdən iki gün öncə halsız, narahat olduğunu dedi. İki gündən sonra hərarəti qalxdı. İlk gündən xəstəliyi çətin keçirdi. Hərartəti yüksək oldu. 6 gün evdə müalicə aldı. Baxmayaraq ki, ilk gündən müalicələrə başlanıldı, amma ciyərlərində 60 faiz buzlaşma yarandı.
Test verdik pozitiv çıxdı. Amma mən testdən qabaq hiss etmişdim ki, koronavirusa yoluxub.
Ən yaxşı həkimlər Elnuru həyata qaytarmaq üçün çalışdılar. Saturasiyası düşəndə təcili xəstəxanaya yerləşdirdik. Gündən-günə vəziyyəti pisləşdi. 50 gün koronavirusla mübarizə apardı Elnur. Çox mübariz adam idi, amma bu dəfə alınmadı”.

İlahə xanım Elnur reanimasiyada olanda cəmi bir dəfə həyat yoldaşını görə bilib. Amma indi ona da peşmandır...

“Sözün açığı hələ də peşmanam. Elnuru heç vaxt o cür görmək istəməzdim. Kaş ki, yaddaşımda necə qalmışdısa, evdən xəstəxanaya necə yola salmışdımsa, o cür də qalardı. Məndən əlavə, qardaşı da 3 dəfə yanına gedib onu gördü.

Yanında olanda çağırdım, gözlərini açdı. Həkim soruşdu ki, tanıdın? Gözlərini “hə” mənasında yumub-açdı. Özümü cəmləşdirib, 1-2 kəlmə ancaq nəsə deyə bildim.

Mənə ən çox təsir edən o oldu ki, heç bir son söz deyə bilmədi. Ağlının ucundan belə keçirmirdi ki, xəstəxanaya gedəndən sonra aqibəti bu cür olacaq”.

İlahə Şükürova özü həkim olduğundan vəziyyətin heç də yaxşı olmadığını anlayırmış. Amma ümidini üzmürmüş:

“Reanimasiyaya götürüləndən sonra vəziyyətində dəyişiklik olmadı. Əksinə, günü-gündən ağırlaşırdı. Həkim olduğumdan hər şeyi aydın görə bilirdim. Amma son dəqiqəyə kimi ümidim var idi. Allahın bir möcüzə edəcəyini gözləyirdim. Elnuru balalarına, mənə, yaşlı ata-anasına, özünün yarım qalan arzularına bağışlaması  üçün Allaha dua edirdim. Təəssüf ki, olmadı... Səsimiz, dualarımız bu dəfə Allaha çatmadı...”.

Çətin günlər İlahə xanımı Elnur vəfat edəndən sonra da izləyib. İtirməyə qorxduğu, virusdan qorumağa çalışdığı atası, anası, bacısı da koronavirusa yoluxubmuş:

“Şükür ki, onlar problemsiz sağaldılar. Elnur həmişə atasına görə çox narahat olurdu. Əşrəf dayı ağır şəkər xəstəsidir və yüksək təzyiqdən əziyyət çəkir. Koronavirus başlayandan həmişə anasına tapışırırdı ki, atanı gözlə, qoyma çölə çıxsın, harasa getsin... Atasına görə həmişə narahat olurdu”.

 Övladlarından danışan İlahə xanım qızının tamam başqa bir istiqamət seçdiyini, oğlu Mətinin isə israrla atasının yolunu davam etdirəcəyini deyir. 

Çətin günündə ailənin yanında olan dostları da unutmur İlahə xanım:

 “Elnurun nə yaman çox dostu var imiş, hamısı sağ olsunlar. Dostları, həmkarlarının hamısına “çox sağ olun”,- deyirəm. Həm xəstə olanda onunla maraqlandılar, həm də yas mərasimlərində iştirak etdilər. Onunla bağlı xatirələrini paylaşdılar, süjetlər hazırladılar. Hər birinə təşəkkür edirəm. Elnurdan sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Sadıq Sadıqov əlaqə saxladı, maraqlandı, gəldi. Bu çətin günlərimizdə mənim yanımda olan ailəmə minnətdarlığımı bildirirəm. Mənim ailəm, Elnurun ailəsi – biz hamımız birik. Hamısı mənim övladlarımın arxasındadılar”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

Facebookdan bizi izləməyi unutmayın.
X