Ötən həftənin sonu böyüklər və yeniyetmə cüdoçular arasında Avropa kuboku uğrunda yarışlar keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hakimlər də beynəlxalq turnirləri idarə edən ədalət təmsilçiləri arasında yer alıblar.
Beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov Polşanın Varşava şəhərində keçirilən böyüklər arasında Avropa kuboku yarışını idarə edib. Daha bir beynəlxalq dərəcəli referimiz Nazim Umbayev isə Türkiyənin Antalya şəhərində baş tutan yeniyetmə cüdoçuların Avropa kuboku yarışında ədalət təmsilçisi olub.
Hər iki hakimimiz yarış ərəfəsində baş tutan seminarlarda da iştirak ediblər.
Fanat.Az