16:01 31.12.2021 653

2021-ci il Azərbaycan idmanında - İslahatlar nə vəd edir?

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

2021-ci il son akkordlarını vurur. Geridə qoymağa hazırlaşdığımız il bir sıra irimiqyaslı yarışların təşkili ilə yaddaşlara həkk olundu. Beləliklə, koronavirus pandemiyasının 2020-də tamamilə iflic vəziyyətinə saldığı idman aləmi yenidən canlanmağa başladı.

Ümumidman adına ilin əsas hadisəsi sözsüz ki, Covid-19 səbəbilə ötən ildən təxirə salınan Tokio Yay Olimpiya Oyunları idi. Bütün çətinlik və məhdudiyyətlərə baxmayaraq baş tutan XXXII Olimpiadada planetin 205 ölkəsindən ümumilikdə 11 mindən çox idmançı 339 dəst medal uğrunda mübarizə apardı.

Bu yarışlarda  Azərbaycan komandası əvvəlki iki Oyunlardan nəzərəçarpacaq dərəcədə az - 44 nəfərlik heyətlə təmsil olundu. 

Rio 2016-ya 56, London 2012-yə 53 lisenziya əldə olunmuşdusa, Tokio 2020-yə cəmi 40 vəsiqə qazanılmışdı. Belədə ənənəvi mükafat artımını təkrarlamaq, konkret desək, Riodakı 18 medal rekordunu yeniləmək bir yana qalsın, yaxın düşmək belə, mümkünsüz qiymətləndirilirdi. Sonluq isə gözləniləndən daha acınacaqlı oldu. Qızıl medalın olmaması və nəticədə, idmanı ölkəsi kimi tanınan ölkəmizin yekun sıralamada 67-ci yerdə qərar tutması olduqca böyük təəssüflə qarşılandı. 

Xüsusilə Olimpiadalarda hər zaman "ağır artilleriya"mız sayılan güləşdə lisenziyaların azlığı artıq həyəcan siqnalı idi. Əslində, idmanımızın mövcud durumuna qiymət vermək üçün elə "ata idman"ımızın halına baxmaq kifayət idi. 

Həmçinin taekvondo və boksda işlərin yolunda getməməsi açıq-aydın nəzərə çarpırdı. Rio-2016 ilə müqayisədə hər iki millinin heyəti yarıbayarı azalmışdı. Bununla belə, taekvondo seçməsinin əslən iranlı üzvü Milad Beiqi Hərçəqani yaxın illərdəki nəticələrinə əsasən, ümumilikdə Olimpiya komandamızın əsas "qızıl" ümidi hesab olunurdu. Olimpiya dövrü ərzində təşkil olunan hər iki dünya çempionatının qalibinin nüfuzuna yaraşmayan şəkildə döyüşməsi və məğlubiyyəti heç nə olmamış kimi qəbul etməsi xüsusilə təəssüf doğurdu. 

Cüdoda lisenziya sayı rekord olsa da, komandanın potensialının bunun ardını gətirməyə yetməyəcəyi məlum idi. Lisenziyaların əvvəlki illərdən çoxluğunun real gücü əks etdirmədiyini öncədən də bildirmişdik. Nəticədə, Azərbaycan cüdoçuları yarışları cəmi bir medalla bitirdi ki, mükafatın milliləşdirilmiş idmançı sayəsində "səbət"imizə daxil olması işin kiçik təsəlli tərəfini də sual altında qoydu. Halbuki digər növlər üzrə müvafiq federasiyalardan fərqli olaraq, ötən Olimpiya dövrü ərzində Dövlət Neft Şirkətinə bağlı olan Cüdo Federasiyasının maddi cəhətdən heç bir korluq çəkmədiyi bəlli idi. Fəqət idarəçilikdə buraxılan nöqsanlar, komandanın başına gətirilən təcrübəsiz məşqçi amili böyük sınağın yekununda sözünü dedi. 

Tokio-2020 Olimpiadasında ölkə adına ən uğurlu növ kimi karateni qeyd etməliyik. Hər halda , ilk dəfə Oyunların proqramına salınan bu növ üzrə qazanılan iki "gümüş" yekunda qismən də olsa dadımıza çatdı.

Əvəzində 24 avqust - 5 sentyabr tarixlərində baş tutan Yay Paralimpiya Oyunları idmançılarımızın parlaq nəticələri ilə tarixə düşdü. "Yenilməzlər zəfərə doğru" devizi ilə Uzaq Şərqə yola düşən idmançılarımız vətənə 14-ü qızıl olmaqla, 19 medalla döndü. Yekun sıralamada millimiz dünyanın 163 ölkəsi arasında onuncu yeri tutdu.  Xüsusi vurğulayaq ki, Yaponiya paytaxtında qazanılan baş mükafatların sayı bunadək iştirak etdiyimiz 6 Paralimpiadada əldə olunanların toplamını da üstələmiş oldu. 

Azərbaycan komandası yarışa 6 növ üzrə 36 lisenziya qazansa da, iki idmançımız - əvvəlki Rio 2016 Paralimpiadasında ölkəmizin aktivinə yeganə "qızıl"ı yazdıran cüdoçu Ramil Qasımov, digəri isə tanınmış parataekvondoçu, dünya və Avropa çempionatlarının qalibi Aynur Məmmədova koronavirusa yoluxduğundan mübarizəyə qatıla bilmədi. 34 idmançımız ümumilikdə 45 proqram üzrə yarışdı.

Təmsilçilərimizin əksəriyyəti cüdo və atletikada cəmləşmişdi. Belədə, əsas medal ümidləri bu iki növ və əvvəlki iki Oyunlarda uğurlu çıxışla yadda qalan üzgüçülük üzrə təmsilçilərimizə idi. 

Cüdo millisinin 10 üzvündən altısı Paralimpiadanı fəxri kürsünün ən yüksək, ikisi isə üçüncü pilləsində başa vurdu ki, bu göstərici ilə Azərbaycan 41 ölkə arasında birinci yeri tutdu. Bütün dövrlərin sıralamasında isə ölkəmiz Yaponiyaya "qonşu" oldu.

Atletika millimizin heyətində kifayət qədər yarış praktikası olan titullu idmançılarla yanaşı, birinci dəfə Paralimpiada həyəcanı yaşayan perspektivli gənclər də yer almışdı. Yekunda həm təcrübə, həm də gənclik sözünü deməyi bacardı. Millimizin beş üzvü ümumilikdə 6 medala sahib çıxdı.

19 yaşlı atlet Lamiyə Vəliyeva (T13 kateqoriyası) 100 metr məsafəyə qaçışda ispaniyalı idmançıdan cüzi fərqlə geri qalaraq gümüş, 400 metr məsafəyə qaçışda isə Paralimpiya rekordu qıraraq qızıl medalı boynundan asdı. 42 yaşlı Elvin Astanov (F53 kateqoriyası) nüvəitələmə növündə, Həmid Heydəri nizəatmada (F57 kateqoriyası) dünya rekordunu yenilədi. Atletlərimizin bir zirvə yarışında üç rekord yeniləməsi də ayrılıqda tarixi ilk idi.

Üzgüçülük yarışlarında komandamızın lideri Roman Saley özünü ən yaxşı tərəfdən göstərdi. Millimizin 27 yaşlı üzvü arxasıüstə, sərbəst və batterflay üsulu ilə üzmədə 100 metr məsafəni hamıdan birinci qət edərək, üçqat Paralimpiya çempionu adını qazanan ilk Azərbaycan idmançısı oldu.

Olimpiya və Paralimpiya Oyunlarının başa çatmasından çox keçməmiş dövlət başçısı İlham Əliyev Azad Rəhimovun vəfatından sonra boş qalan gənclər və idman naziri postuna Fərid Qayıbovu təyin etdi. Həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edən ölkə Prezidenti yeni naziri təyinatı münasibətilə qəbul edərkən idmanımızın mövcud durumu ilə bağlı narahatlığını bildirərək Qayıbovun qarşısında konkret tələblər qoydu. 

Bunlardan biri federasiyaların, digəri isə Olimpiya-idman komplekslərinin fəaliyyətindəki çatışmazlıqlarla bağlı idi.

Ölkə başçısı bəzi federasiyalarda işlərin qeyri-qənaətbəxş olduğunu bildirərək yeni nazirə, ilk növbədə, idman sahəsində buraxılan nöqsanların ciddi araşdırılması və mövcud vəziyyətin təhlil edilməsi tapşırığını verdi.

Prezidentdən müvafiq tapşırıqları alan Fərid Qayıbov əməli fəaliyyətə başladı. İlk iş əksər federasiyalarda hesabat-seçki konfranslarının təşkili və kadr islahatlarının həyata keçirilməsi oldu. Həmçinin tez-tez bölgələrə səfər edən nazir problemlərlə yerində tanış oldu, bunların həlli istiqamətində fikir mübadiləsi apardı.

Son aylar federasiyalarda aparılan islahatların yaxın illərdə Azərbaycan idmanına təsiri necə olacaq? Ümumilikdə, yeni nazir Fərid Qayıbovun ötən - 4 aya yaxın dövrdəki fəaliyyəti haqqında nə demək olar?

Məsələ ilə bağlı həmkarlarımızın fikirlərini öyrənməyi vacib saydıq. Uzun illərdir idman mətbuatında "külüng çalan" jurnalistlərimizin söylədiklərini sizə təqdim edirik.

"Report" İnformasiya Agentliyinin İdman departamentinin rəhbəri Elşən Məmmədov: 

"Federasiya prezidentlərinin dəyişməsi yeni Olimpiya tsiklinin başlanğıcı ilə əlaqədardır. Yenə ənənəyə sadiq qalaraq, bu vəzifəyə əsasən dövlət qurumlarının rəhbərləri gətirilib. Amma əsas məsələ federasiyaların baş katib və ya menecerlər tərəfindən necə idarə olunacağıdır. Bu sahədə peşəkar kadrlarımız varmı? Əsas sual budur. Fikrimcə, mili komandalara səviyyəli baş məşqçilərlə yanaşı, federasiyaları idarə etməyə peşəkar menecerlər də yetişdirilməlidir. 

Fərid Qayıbovun fəaliyyətinə qiymət vermək üçün tezdir. Amma hiss olunur ki, Prezident İlham Əliyevin onun qarşısına qoyduğu iki əsas istiqamətdə - federasiyalar və idman qurğularının idarə edilməsində islahatlara uyğun çalışmaqdadır. Əsas nəticələri 2022-ci ildən görməyə başlayacağıq".

"Futbol+" qəzetinin redaktoru Kənan Həsənov:

 "Tokio Olimpiadasındakı uğursuzluqdan sonra federasiyalarda islahatların aparılması qaçılmaz idi. Proses tam qanunauyğunluq üzrədir. Amma dəyişiklik təkcə rəhbərliklə bağlı olmamalıdır. Azərbaycan idmanındakı problemlərin kökü dərindədir. Həlli kompleks yanaşma tələb edir.  Hansısa şəxsi vəzifədən çıxarıb yerinə başqasını təyin etmək, belə desək, sadəcə kosmetik xarakter daşıya bilər. Bunadək Azərbaycandakı əksər idman federasiyaları ani uğur qazanmağa yönəlmiş siyasət yürüdürdü. Xaricdən kimisə tapıb gətirirdilər, o da gedib medal qazanırdı, vəssalam, bununla işlərini bitmiş sayırdılar. Problemlərin həlli qalırdı bir qıraqda. Olimpiadadan sonrakı çıxışında ölkə Prezidenti çox doğru vurğuladı ki, idmanımızda rəqabət mühiti yox dərəcəsindədir. Uzun illərdir üzdə olanlar eyni idmançılardır. 

Nazir Fərid Qayıbovun fəaliyyəti haqda fikir yürütmək üçün hələ çox tezdir. Qayıbov dörd aya yaxın müddəti əsasən federasiyalarla tanışlığa həsr etdi. İdmançılarla görüşdü, məşqçilərin problemlərini dinlədi. Keçmiş federasiya rəsmisi, idmanın içindən çıxan adam kimi o, bu problemlərdən müəyyən dərəcədə xəbərdar idi. Dəha dəqiq və dolğun informasiyanı bu ziyarətlər sayəsində öyrənmiş oldu. Yəqin ki, yeni ildən artıq hansısa addımlar atılacaq. İnanmaq istərdim ki, yeni nazirin təyinatı ilə Azərbaycan idmanına münasibət kökündən dəyişəcək. Çünki əvvəlcə də qeyd etdiyim kimi, ölkədə idman uzun illərdir ki, düzgün istiqamətdə irəliləmirdi. Legionerlərin sayəsində əldə olunan medalların parıltısı çoxlarının gözünü tutmuşdu. Bir sözlə, baxış bucağı kökündən dəyişməlidir. Ən əsası, rəqabət mühiti yaradılmalıdır. Bunun üçün regionlardakı Olimpiya kompleksləri azərbaycanlı balaların üzünə açıq olmalı, idman məktəblərinin fəaliyyətində dəyişiklik edilməlidir. Yalnız rəqabət olacağı təqdirdə biz nəyəsə ümid edə bilərik".

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X