UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab görüşlərindən sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az xəbər verir ki, bu ada Portuqaliya "Braqa"sının hücumçusu Rikardu Orta layiq görülüb.
Qeyd edək ki, Moldovadakı ilk matçda "Şerif"ə 0:2 hesabı ilə yenilən Portuqaliya təmsilçisi evdə eyni hesabla qalib gəlib. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən meydan sahibləri növbəti mərhələyə yüksəlib.