"Mançester Siti" Erlinq Holand üçün inanılmaz təklif edib.
Fanat.Az xəbər verir ki, bu barədə ingiltərəli futbol insayderi Sem Li məlumat yayıb.
Futbolçunun agenti Mino Rayola onu illik 60 milyon funt sterlinq məvaciblə Premyer Liqanın ən yüksək maaşlı oyunçusu olmağa razı salmağa çalışır. "Şəhərlilər" norveçli ulduzla müqavilə imzalamağa aşkar favoritdir.
Klub rəhbərliyi Mino Rayola və Alf-İnqe Holandın (Erlinqin atası) maliyyə tələblərini qarşılamağa hazırdır. Bu məsələ son görüşdə müzakirə olunub. "Mançester Siti" Erlinq Holandın transferi üçün hər şeyi edəcək.
Emin