Bu gün Türkiyə 1-ci liqasında 28-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" da növbəti sınağına çıxıb.
"Timsahlar" səfərdə "Boluspor"la qarşılaşıb. Namikin start heyətində meydana çıxıb 74-cü dəqiqədə əvəzləndiyi oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. Rəqibin iki futbolçusu matçın gedişində meydandan qovulub.
Qeyd edək ki, "Bursaspor" keçirdiyi 25 oyunda 25 xal toplayıb və turnir cədvəlində sonuncudan bir pillə irəlidə - 18-ci yerdə qərarlaşıb.