Polşa Ekstraklassasında 24-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin ukraynalı müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb. Antonun komandası evdə Leçna “Qurnik”ini 3:1 hesabı ilə məğlub edib.
Yığmamızın futbolçusunun bu qələbədə rolu olmayıb. Adı matçın iştirak ərizəsinə salınmayan Anton yeni ildə hələki oynamayıb. "Visla" keçirdiyi 24 oyunda 33 xal yığaraq turnir cədvəlində 18 kollektiv arasında 7-ci pillədə mövqe tutub.