19:50 09.03.2022 1156

AÇ: Elnurə finalda, digər iki güləşçimizin ümidi "bürünc"ə qaldı

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda moldovalı Mixaela Samoillə üz-üzə gəlib.

Rəqibini 11:4 hesabı ilə məğlub edən Məmmədova finala vəsiqə qazanıb. Onun həlledici qarşılaşmadakı rəqibi rumıniyalı Andreya Beatris Ana olacaq.

50 kq-da çıxış edən Şəhanə Nəzərova və 68 kq-da yarışan Nigar Mirzəzadə isə finalın bir addımlığında büdrəyiblər. Onlar müvafiq olaraq macarıstanlı Şimonetta Şeker və Aslı Demirə uduzub. Hər iki güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Final və bürünc medal görüşləri sabah baş tutacaq.

*** 15:06

Azərbaycanın üç qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova 1/4 final mərhələsində Makedoniya təmsilçisi Mariya Spirkovskaya elə ilk hissədə tam üstünlüklə qalib gəlib - 13:2.

55 kq-dakı Elnurə Məmmədova eyni mərhələdə Mariya Martinçuku (Slovakiya), 68 kq-dakı Nigar Mirzəzadə isə onun həmyerlisi Olqa Maslovskayanı məğlubiyyətə uğradıb.

Nəzərova finalın biraddımlığında Şeker Şimonetta (Macarıstan) ilə, Məmmədova Samoil Mihaela (Moldova) ilə, Mirzəzadə Aslı Demir (Türkiyə) - Marta Navarro (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

***

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə yarışlara start veriləcək. Azərbaycan millisinin 3 üzvü də qitə birinciliyində qüvvəsini sınayacaq.

Mübarizəyə 1/4 finaldan qoşulacaq Şəhanə Nəzərova (50 kq) startda Mariya Spirkovska ilə üz-üzə gələcək. Elnurə Məmmədova (55 kq) 1/4 finalda slovakiyalı Mariya Martinçukun, Nigar Mirzəzadə onun həmyerlisi Olqa Maslovskanın müqavimətini qırmağa çalışacaq. 

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 13:30-da, yarımfinallar 18:45-də start götürəcək.

Bu gün həmçinin yunan-Roma güləşi üzrə son beş çəkidə qalib və mükafatçılar müəyyənləşəcək. Finala vəsiqə qazanan Azərbaycan millisinin üzvü Nihat Məmmədli qızıl medal uğrunda həlledici dueldə gürcüstanlı İrakli Dzimistarişvili ilə münasibətlərinə aydınlıq gətirəcək. Final qarşılaşmaları saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan güləşçilərinin hesabında hazırda 4 medal var. Yunan-Roma güləşi yığmasının üzvlərindən Xasay Həsənli (77 kq) yarışın qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) bürünc medalını qazanıb. Avropa çempionatına martın 13-də yekun vurulacaq.

Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X