"Bayern Münhen"in hücumçusu Robert Levandovski Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında - "Zaltsburq"la matçda (7:1) 3 qol vurmasından danışıb.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" darmadağına ilk yarıda het-trik edərək töhfə verən polşalı forvardın söylədklərini belə çatdırıb:
"Bir hissəyə üç qol vurmaq həmişə olan iş deyil. Söhbət ən böyük klub turnirindən - Çempionlar Liqasından gedirsə, sevinməyə haqqım var. Həmişə mümkün qədər çox qol vurmağa çalışıram. Ümid edirəm ki, komanda olaraq oyunumuzu daha da yaxşılaşdıracağıq. Mövsümün qızğın dönəmində bir qədər də "artırmaq" olduqca vacibdir".
Qeyd edək ki, "Bayern Münhen" 20-ci dəfə ÇL-in 1/4 finalına yüksələrək özünə məxsus rekordu yeniləyib. İndiyədək sözügedən turnirdə yalnız "Barselona" Almaniya klubunun nəticəsinə yaxınlaşa bilib. Kataloniya təmsilçisi 18 dəfə 1/4 finala çıxıb.
Nihat