Moskva "Dinamo"sunun yetirməsi olan, hazırda isə "Slovakko"nun formasını geyinən yarımmüdafiəçisi Vladislav Levin "ağ-göylər"in keçmiş baş məşqçisi Dmitri Xoxlov haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, rusiyanın "Sport24.ru" saytı 26 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
"O, əsl şəxsiyyətdir. Məşqçi olana qədər yüksək səviyyədə oynayan hər kəsin futbola baxışı tam fərqlidir. Bizimlə işləyəndə onun necə ustad olduğu aydın görünürdü. Topla necə işləməsindən, meydanda ani qərarlar verməsindən həzz alırdım. Məşq etmədən, siqareti söndürərək (o, hələ də siqaret çəkir), bizimlə oynamağa gəlirdi. Dmitri Valeryeviçlə oynamaq onu məşqçi kimi qəbul etməkdən qat-qat maraqlı idi. Onunla dialoqa girmək faydasız idi. Xoxlovun hər şeyə öz baxışı var idi."
Xatırladaq ki, hazırda Dmitriy Xoxlov Rusiyanın "Rotor" klubunun baş məşqçisidir.
Emin