"Nyukasl" "Çelsi"nin futbolçusu Antonio Rüdiqeri transfer etmək üçün rəqabətə qoşulub.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərənin ünlü "The Telegraph" nəşri məlumat yayıb.
Alman futbolçunun London klubu ilə olan müqaviləsinin müddəti yayda başa çatır və o, bir sıra xarici klubların transfer siyahısındadır. Futbolçunun özü İngiltərədə qalmaq variantına daha isti yanaşır.
Qeyd edək ki, Rüdigerə "Real Madrid" və PSJ klublarından da təkliflər var.
Emin