"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın "Yuventus"a qayıdacağı ilə bağlı söz-söhbət səngimir.
Fanat.Az xəbər verir ki, bu barədə son informasiyanı şəxsi "Twitter" hesabı üzərindən jurnalist Rudi Qaletti yayıb.
O, Turin klubunun fransalı ulduza illik 9 milyon əməkhaqqı ilə yeni müqavilə təklif etdiyini bildirib. Bundan başqa, turinlilərin qarşı tərəfə bonus şəklində daha 3 milyon avro ödəməyə hazır olduğu vurğulanıb. Qaletti tərəflərin danışıqları davam etdirdiyini və keçidin reallaşmaq ehtimalının yüksək olduğunu da qabardılıb.
Poqbanın "qırmızı şeytanlar"la olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat