Avropa Cüdo İttifaqı (EJU) aprelin 29-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək qitə çempionatında Azərbaycan yığmasının üzvləri Rüstəm Orucov və Hidayət Heydərovun (hər ikisi - 73 kq) perspektivlərini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, qurumun rəsmi saytı Heydərovun yarış iştirakçılarının reytinqində ikinci, Orucovun isə altıncı olduğunu vurğulayıb.
“Hər iki idmançı karyerası ərzində Avropa çempionatının qalibi olub: Rüstəm 2016-cı ildə Kazanda, Hidayət isə bir il sonra Varşavada qızıl medal qazanıb. Heydərov çətin dövr keçirdi. O, 81 kq-ya keçərək Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışsa da, cəhdi baş tutmadı. Buna görə də yenidən Orucovla birlikdə çıxış etdiyi 73 kq çəki dərəcəsinə qayıtdı" deyə, - EJU qeyd edib.
Sahib