Fransanın Strasburq şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan komandası ilk yarış gününü 7 medalla tamamlayıb.
60 kiloqram çəki dərəcəsində çıxış edən Nizami İmranov bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalını qazanıb. Məhəmməd Musayev (55 kq) və Nicat Nağıyev (66 kq) gümüş, Xaliq Məmmədov, Məhəmməd Məmişov (hər ikisi 50 kq), Şahin Oruczadə (55 kq) və Əbil Yusubov (66 kq) isə bürünc mükafatlara yiyələniblər.
Sahib