UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün bombardiri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu, "Real Madrid"in hücumçusu Kərim Benzemadır.
Fransa millisinin Əlcəzair əsilli forvardı 12 oyunda 15 qol vurub. Onun aktivində 2 məhsuldar ötürmə də var.
Benzema bu mübarizədə "Bayern Münhen"in 13 qola imza atan forvardı Robert Levandovskini üstələyib.
Qeyd edək ki, Çempionlar Liqasının dünən keçirilən finalında "Real Madrid" "Liverpul"u 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 50-cu dəqiqədə Vinisius Junior vurub.
Nihat