Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, yarışın üçüncü - sonuncu günündə 90 kiloqram çəki dərəcəsində çıxış edən Murad Fətiyev tatami üzərinə çıxıb. 23 yaşlı idmançı yarışa 1/16 finaldan start verib. Qazaxıstanlı Adlet Missinlə üz-üzə gələn Fətiyev rəqibinə "ippon" xalı ilə uduzaraq mübarizəni dayandırıb.
Beləliklə, Azərbaycan millisi yarışı iki medalla başa vurub. Xatırladaq ki, Turan Bayramov (60 kq) və Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar.
***
Bu gün Azərbaycanın daha bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, yarışın üçüncü - sonuncu günündə 90 kiloqram çəki dərəcəsində çıxış edən Murad Fətiyev tatami üzərinə çıxacaq.
23 yaşlı idmançı yarışa 1/16 finaldan start verəcək. O, bu mərhələdə qazaxıstanlı Adlet Missinlə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) və Elcan Hacıyev (81 kq) bürünc medal qazanıb.