14:18 09.07.2022 628

Dünya çempionu millimizdə debütünü qələbə ilə qeyd etdi

Azərbaycan cüdo yığmasının yeni milliləşdirilmiş üzvü Səid Mollayi millimizdə debütünü qələbə ilə qeyd edib.

Fanat.Az xəbər verir ki, 30 yaşlı idmançı Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə 1/16 finaldan qoşulub. Burada onun rəqibi yunanıstanlı Atanasios Milonelis olub. 

Rəqibinə "ippon"la qalib gələn Mollayi növbəti mərhələyə yüksəlib. İran millisinin heyətində 2018-ci ildə dünya çempionu olan təcrübəli cüdoçu 1/8 finalda israilli Saqi Muki ilə qarşılaşacaq.

73 kq-da yer alan təmsilçilərimiz də ilk mərhələdəki görüşlərini uğurla başa vurublar. Rüstəm Orucov braziliyalı Daniel Karqnini, Hidayət Heydərov isə ABŞ təmsilçisi Cek Yonezukanı yenərək 1/8 finala yüksəliblər. Orucov bu mərhələdə Antonio Tornal (Dominikan Respublikası), Heydərov Viktor Mrovçinski (Polşa) ilə üz-üzə gələcək.

***

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha 4 təmsilçisi tatami üzərinə çıxacaq.

Kişilərin 73 kiloqram çəki dərəcəsində yer alan Hidayət Heydərov startda Cek Yonezukanı (ABŞ) sınağa çəkəcək. Eyni çəkidəki Rüstəm Orucov Daniel Karqnin (Braziliya) ilə münasibətləri aydınlaşdıracaq. Hər iki cüdoçumuzun ilk görüşü 1/16 final mərhələsi çərçivəsində baş tutacaq.

81 kq-da çıxış edən yığmanın yeni milliləşdirilmiş üzvü Səid Mollayi də mübarizəyə 1/16 finaldan qoşulacaq. Dünya çempionu Azərbaycan bayrağı altında qatıldığı ilk yarışın startında Aybol Nissanali (Qazaxıstan) / Atanasios Milonelis (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidəki Zelim Tskayev isə 1/16-də Zaur Dvalaşvili (Gürcüstan) / Demeter Bendequz (Macarıstan) cütünün qalibini gözləyir.

Görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisinin yarışın ilk günündə mübarizə aparan dörd üzvündən heç biri mükafatçılar sırasına düşə bilməyib. Sabah - turnirin son günündə daha üç cüdoçumuz tatamiyə çıxacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
11:51

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisinin adı bilindi

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09:00

MPL: "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

Facebookdan bizi izləməyi unutmayın.
X