"Qəbələ"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan Macarıstan "Fehervar"ı yeni mövsümə hazırlıq çərçivəsində sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, çalışmalarını Avstriyada davam etdirən macarlar "Qalatasaray"la üz-üzə gəlib.
Oyun "Fehervar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qolu Sekeşfehervar klubunun bosniyalı forvard Kenan Kodro vurub.
Qeyd edək ki, "Qəbələ" bu komandaya qarşı ilk oyununu iyulun 21-də, cavab matçını isə bir həftə sonra - 28-də keçirəcək.
Nihat