Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Macarıstanın "Fehervar"ın baş məşqçisi Mixael Boris "Qalatasaray" qalib gəldikləri (1:0) sınaq matçını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis klubun saytına açıqlamasında belə danışıb:
"Təlim-məşq toplanışında keçirdiyimiz yoxlama görüşləri içərisində ən çox razı qaldığım bu görüş oldu. Daha çox qol vura bilərdik. Əsas odur ki, qələbə qazandıq. Konfrans Liqasında "Qəbələ"yə qarşı keçirəcəyimiz matçdan öncə əla sınaq idi.
Beynimdə start heyəti formalaşdırmağa başlamışam. Hətta əvəzedicilərə də çox ehtiyacımız olacaq. Hazırlıq prosesini planlaşdırılandan bir gün əvvəl başa vururuq. Futbolçular bir qədər istirahət etməlidirlər".
Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.
Nihat