Moskva "Lokomotiv"in yarımmüdafiəçisi Aleksis Beka-Beka karyerasını Fransada davam etdirəcək.
Fanat.Az "Sport Express"ə istinadən xəbər verir ki, fransalı futbolçu "Nitsa"ya keçmək üzrədir.
21 yaşlı yarımmüdafiəçi tibbi müayinə üçün bu gün Fransaya uçacaq. Onun "Nitsa"ya transferi ruslara 15 milyon avro qazandıracaq.
Qeyd edək ki, Beka-Beka 2021-ci ilin avqustunda “Kan”dan Moskva “Lokomotiv”inə keçmişdi. O, ötən mövsüm Rusiya Premyer Liqasında 19 matçda iştirak edib və 3 məhsuldar ötürmə verib. Fransalı yarımmüdafiəçi 2022/2023 mövsümündə Rusiya çempionatının iki oyununda iştirak edib. Beka-Beka 2-ci turun “Rostov”la oyunda (2:2) qırmızı vərəqə alaraq meydandan qovulub.
Mirağa