Futbol üzrə Rusiya Kubokunda qrup mərhələsinin oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin komandası - “Ximki” də bu gün ilk matçına çıxıb.
"Kimyaçılar" “Krasnodar”ı qəbul edib. Oyun meydan sahibləri üçün uğurlu alınmayıb. 26 dəqiqədən azlıqda qalan meydan sahibləri 27 və 40-cı dəqiqələrdə qol buraxaraq 0:2 hesabı ilə uduzub.
Ayaz 71-ci dəqiqədə oyuna qoşulub.
Qeyd edək ki, Quliyevin Azərbaycan millisinə dəvət olunması gündəmdədir.
Nihat