Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 72 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda xorvatiyalı Pavel Puklavetsə hesabı 8:2 ilə qalib gələrək dünya çempionu olub.
Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan yığması mundialı 3 medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) və Nihad Məmmədli (60 kq) ikinci yeri tutub