Ötən gün "Turan Tovuz"la matçda zədələnən "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev durumuna aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib.
Şahruddin durumunun yaxşı olduğunu bildirib: "Mənə görə narahat ola hər kəsə təşəkkür edirəm. Mən yaxşıyam. Təşəkkürlər, Tovuz".
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Turan Tovuz”la görüşün sonuna yaxın boynundan xəsarət alıb. O, meydanı xərəkdə tərk edib.