Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Fanat.Az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə cüdo üzrə olimpiya çempionu Hüseynov Nazim Qalib oğluna və həndbol üzrə beynəlxalq dərəcəli hakim Əliyev Vaqif Hüseynağa oğluna “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.