Noyabrın 16-da, saat 21:00-da, Kişinyovda keçiriləcək Moldova - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın baş məşqçilərinin iştirakı ilə reallaşacaq mətbuat konfranslarının və komandaların açıq məşqlərin vaxtı məlum olub.
Fanat.Az xəbər verir ki, tədbirlər matçdan bir gün əvvəl - 15 noyabrda olacaq.
Əvvəlcə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi media nümayəndələri ilə görüşəcək.
Azərbaycan milli komandası
15 noyabr
Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Zimbru stadionu)
Moldova milli komandası
15 noyabr
Saat 19:45. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Vadul lui Voda)
Qeyd: Tədbirlərin saatı yerli vaxtla göstərilib.