Məşhur ifaçı Şakira 20 noyabr - 18 dekabr aralığında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasiminə qatılmayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" nəşri yayıb.
Xəbərə görə, kolumbiyalı sənətçi Qətərin siyasi rejiminə yönələn sərt tənqidlər fonunda DÇ-nin startına sayılı günlər qalmış açılışa qatılmaqdan imtina edib. Mənbə müğənninin turnirin təşkilatçılarına insan hüquqlarının pozulduğu ölkəyə getmək niyyətində olmadığını çatdırdığını vurğulayıb.
Xatırladaq ki, Şakiranın "Waka Waka" mahnısı 2010-cu ildə CAR-da baş tutan dünya birinciliyinin rəsmi himni idi.