15:03 01.12.2022 298

"Göstərəcəyik ki, biz də varıq" - Samir Abasov

Mövsümün ilk yarısını uğursuz keçirən "Sumqayıt"ın qış fasiləsiylə bağlı planları bəllidir.

Təlim-məşq toplanışı ilə bağlı Fanat.Az-a açıqlama verən komandanın baş məşqçisi Samir Abasov ölkə xaricinə yollanacaqlarını bildirib:

"Artıq hazırlığın bəzi detalları müəyyənləşib. Yanvarın ilk günlərində Bakıda bir araya gələcəyik. Dərhal da Türkiyəyə yollanmağı qərarlaşdırmışıq. Çünki əvvəlki illərlə müqayisədə fasilə müddəti qısadır. Əvvəl mövsümün ikinci yarısı fevralın əvvəlində bərpa olunurdusa, indi yanvarın sonuncu həftəsində oynamalıyıq. Buna görə cəmi iki həftə hazırlaşa biləcəyik. Bu, hazırlıq planında bəzi dəyişiklik etməyi şərtləndirir. Əvvəl burda yığışıb bir həftə fiziki hazırlıq keçir, daha sonra xaricə üz tuturduq. İndi buna vaxt olmayacaq. Məcburuq ki, fiziki çalışmaları toplu məşqlərə salaq, bir sözlə, "miks" edək. 
Antalyaya konkret ayın neçəsində yollanacağımız reyslərdən asılıdır. Klubun rəsmi şəxsləri hazırda detalları həll etməklə məşğuldur. Həm də yoxlama görüşləri üçün rəqiblərlə danışıqlar gedir. Yaxın günlərdə tam bilinəcək. Yəqin iki oyunla kifayətlənəcəyik. Qeyd etdiyim kimi, çox oyun keçirməyə vaxt azdır". 

44 yaşlı mütəxəssis transfer çalışmalarına da başladıqlarını bildirib: "İş gedir. Ciddi dəyişikliklərə hazırlaşırıq. Azı 4-5 transfer etməyi planlaşdırırıq. İşin gedişatından asılı olaraq, gedənlər də bəlli olacaq. Artıq iki futbolçu ilə yollarımızı ayırmışıq. Araz Abdullayevdən başqa, serbiyalı Damian Daniçiçin də mövsümün ikinci yarısında bizimlə olmayacağı dəqiqdir. Yenə gedənlər ola bilər. Bu, yeni transferlərdən asılı olacaq.  Almir Aqanspahiç? Mümkündür ki, o da bizi tərk etsin. Bosniyalı bizdə icarə əsasında çıxış edir. Müqavilə ilə bağlı olduğu kluba dönə bilər. Digər tərəfdən, o, bizim iki hücumçudan biridir. Yerinə forvard ala bilməsək, Aqanspahiç və klubu ilə danışıb razılaşa bilərik".

Abasov mövsümün ikinci yarısında görmək istədiyi komandanı qurmağın çətinliklərindən də danışıb: "Fasilənin qısa olması əl-qolumuzu bağlayır. Yenə öz oyunçularımızın durumu göz qabağındadır. 18-ci turdakı matçdan təlim-məşq toplanışına qədər uzun vaxt deyil, yəni uşaqlar formada olacaqlar. Amma yeni gələnlərlə bağlı qeyri-müəyyənlik var. Futbolçu gətirmək istədiyimiz çempionatlar var ki, noyabrda bitib. Elə futbolçular da var ki, son oyununu avqustda keçirib. Təbii ki, belədə onların düşərgəmizə hazır gəlməsindən danışmaq olmur. 
Başqa çarə yoxdur, əlimizdən gələni edəcəyik. Bu ili bu şərtlərlə başa vuraq. Növbəti il göstərərik ki, biz də varıq".

Mirağa          

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
14:38

“Prezident Kuboku 2024” reqatası: Azərbaycandan səkkizinci medal

14:20

Tanınmış idmançılar master-klas keçdilər

14:03

Kişi həndbolçular arasında Azərbaycan çempionatı: 19-cu turun proqramı açıqlandı

13:57

“Prezident Kuboku 2024” reqatası: Paşayev - Babayev cütlüyü "bürünc" qazandı

13:53

"Sumqayıt" azarkeşlərinə görə cərimələndi

13:47

"Turan Tovuz"un legionerinə 4 oyunluq cəza

13:30

"İnanıram ki, 2028-dəki Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək" - Fərid Qayıbov

13:17

"Sumqayıt" "Kəpəz"lə oyundan öncə onu itirdi - AÇIQLAMA

12:58

Pedri növbəti mövsümə harada başlayacaq?

12:39

İtaliya nəhəngi MY-nin hücumçusunu aparır

12:21

"Srvena Zvezda" 35-ci çempionluğunu bayram etdi

12:02

AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:43

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

11:29

"Sabah" bölgədən akademiyasına 22 uşaq seçdi - VİDEO

11:21

Prezident Kuboku-2024": Reqatada altıncı medal

11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

09:00

"Real" 16 yaşlı vunderkindin "ovuna çıxdı", "Barselona" geri çəkildi

01:41

London derbisini “Çelsi” qazandı

01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
22:58

"Prezident Kuboku 2024": İkinci günün qalibləri mükafatlandırıldı

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

Facebookdan bizi izləməyi unutmayın.
X