Mayın 13-də Finlandiyanın paytaxtı Helsinkidə hokkey üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Fanat.Az Karaulim24.Ru saytına istinadən xəbər verir ki, açılışa həsr olunmuş videoda finlandiyalı hücumçu Mikael Qranlundun Rusiya yığmasına vurduğu əfsanəvi qol nümayiş etdirilib.
Bu fakt Rusiya idman ictimaiyyətində böyük narazılığa səbəb olub. Hokkey azarkeşlərindən ibarət dəstə açılış mərasimindən bir saat sonra Finlandiyanın Rusiyadakı səfirliyi önündə buna etiraz olaraq "Bir daha oynayaq, 10 qol vurarıq!" şüarı səsləndirib.
Emin