Bu gün Serbiyanın Vrnyaçka Banya şəhərində şahmat üzrə Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın 19 təmsilçisi mübarizə aparacaq. Bunlar Nicat Abasov, Eltac Səfərli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıxov, Xəzər Babazadə, Riad Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyevdir.
Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Avropa çempionatının qalibi 20 000 avro əldə edəcək. İkinci yerin sahibi 15 000, üçüncü pillədə qərar tutacaq şahmatçı isə 10 000 avro qazanacaq.